Ümumdünya Qazaxlar Birliyi (ÜQK) — respublika əhəmiyyətli beynəlxalq qeyri-hökumət təşkilatı.
29 sentyabr 1992-ci ildə Almatı şəhərində keçirilən birinci Dünya Qazaxlar Qurultayının qərarı ilə yaradıldı. Dünyanın 33 ölkəsindən 800 nümayəndə Ümumdünya Qazaxlar Birliyini təsis etdi və yekdilliklə Nursultan Nazarbayevi Rəyasət Heyətinin sədri seçdilər.
Birliyin dünyanın 19 ölkəsində şöbələr və nümayəndəlikləri var. Birliyin məlumatına görə, Qazaxıstandan kənarda dünyanın 43 ölkəsində 5 milyondan çox qazax yaşayır.
Birliyin əsas məqsədi əcnəbi soydaşlarla mədəni və mənəvi inkişaf, təhsil və biznes məsələlərində əlaqənin saxlanmasıdır.
Tərkibində "Atajurt" nəşriyyat mərkəzi, kitabxana və "İncəsənət" mərkəzi daxildir. Birliyin aktivlərinə rus və qazax dillərində müxtəlif monoqrafiyalar daxildir.
Rəhbərləri
Sədrin birinci müavinləri
Kaldarbek Naymanbayev 1992 — 2004 Talqat Mamaşev 10.2004-06.2017 Zautbek Turisbekov 06.2017-ci ildən
İstinadlar
Ədəbiyyat
Всемирное сообщество казахов // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2004. — Т. I. — ISBN 9965-9389-9-7.
Kateqoriya:Qazaxıstan təşkilatları Kateqoriya:Qazaxlar