1991 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 36-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dünya şöhrətli müğənni Toto Kutunyonun ifa etdiyi "Insieme: 1992" mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1991-ci ildə İtaliya 26 il sonra ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İtaliyanın paytaxtı Roma şəhərində "Cinecittà" zalında keçirilmişdir. Avroviziya 1991-in aparıcıları müsabiqədə İtaliyaya qələbə qazandırmış Cilyola Çinkvetti və Toto Kutunyo idi. Müsabiqə 1991-ci ilin 4 may tarixində baş tutmuşdur.

1991-ci ildə Malta adası 15 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqənin keçirildiyi tarixin Niderlandın müharibədə həlak olan əsgərləri Anım günü ilə üst-üstə düşməsi səbəbindən Niderlandın Romada keçirilən müsabiqədə iştirakı baş tutmamışdır. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İsveçi ikinci dəfə təmsil etmək hüququ qazanan Karola ifa etdiyi "Fångad av en stormvind" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Müsabiqənin maraqlı məqamlarından biri səsvermənin sonunda İsveç və Fransa təmsilçilərinin bərabər səslə birinci yerdə qərarlaşmaları olmuşdur. Bənzər hal sonuncu dəfə Avroviziyada 1969-cu ildə baş vermişdir. Həmin il Avroviziyada səslərin bərabərliyi halında müsabiqədə ümumi qayda olmadığı üçün birinci yerdə qərarlaşan dörd ölkə müsabiqənin qalibi elan edilmişdir, lakin 1991-ci ildə qalibin seçilməsi üçün xüsusi hesablama aparılmışdı. Belə ki, hər iki ölkə bərabər sayda 12 xal qazansa da, Fransa təmsilçisi dörd 10 xal, İsveç təmsilçisi isə beş 10 xal qazanmışdı. Nəticə olaraq, İsveç təmsilçisi Karola müsabiqənin qalibi elan edilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1984-cü ildə "Herreys" qrupunun təmsilində qalibiyyət əldə etmiş İsveçin müsabiqədə ümumilikdə üçüncü qələbəsi idi.

Final № Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 Serbcə Baby Doll "Brazil" () Braziliya 21 1 02 İslandca Stefan və Eyfi "Draumur um Nínu" Nina haqqında yuxu 15 26 03 İngiliscə Corcina və Pol Cordimaina "Could It Be" Ola bilər 6 106 04 Yunanca Sofia Vossu "I anixi" () Bahar 13 36 05 İtalyanca Sandra Simo "Canzone per te" Sənin üçün mahnı 5 118 06 Almanca Tomas Forstner "Venedig im Regen" Venesiya yağışında 22 0 07 Fransızca Sara Bre "Un baiser volé" Oğurlanmış öpüş 14 29 08 İsveçcə Karola "Fångad av en stormvind" Fırtınaya qapılan 1 146 09 Fransızca Amina "C'est le dernier qui a parlé qui a raison" Sonuncu kim danışırsa, o doğrudur 2 146 10 Türkcə İzel Çeliköz, Reyhan Karaca və Can Uğurluer "İki Dakika" İki dəqiqə 12 44 11 İngiliscə Kim Cekson "Could It Be That I'm In Love" Yəni mən aşiq olmuşam? 10 47 12 Portuqalca Dulse Ponteş "Lusitana paixão" Luzitan ehtirası 8 62 13 Danca Anders Frandsen "Lige der hvor hjertet slår" Qəlbin döyündüyü yerdə 19 8 14 Norveçcə Just 4 Fun "Mrs. Thompson" Missis Tompson 17 14 15 İvritcə Duo Datz "Kan" () Burada 3 139 16 Fincə Kaiya Kyarkinen "Hullu yö" Çılğın gecə 20 6 17 Almanca Atlantis 2000 "Dieser Traum darf niemals sterben" Bu arzu heç vaxt ölməməlidir 18 10 18 Niderlandca Clouseau "Geef het op" Boş ver 16 23 19 İspanca Serxio Dalma "Bailar pegados" Qucaqlaşaraq rəqs etmək 4 119 20 İngiliscə Samanta Yanus "A Message to Your Heart" Qəlbinə ismarış 10 47 21 Yunanca Elena Patroklu "SOS" - 9 60 22 Neapolca Peppino di Kapri "Comme è ddoce 'o mare" Necə də zərif yağış 7 89

Nəticələr Səsvermə nəticələri Cəmi Yuqoslaviya 1 1 İslandiya 26 4 10 5 7 Malta 106 1 2 6 4 10 12 2 7 12 7 6 10 4 6 7 10 Yunanıstan 36 4 5 2 1 1 4 1 1 5 10 2 İsveçrə 118 5 5 7 8 12 8 4 2 2 6 5 3 8 5 6 12 8 8 4 Avstriya 0 Lüksemburq 29 4 5 1 3 2 4 3 2 3 2 İsveç 146 6 12 10 10 7 6 3 10 12 8 10 8 12 10 4 12 6 Fransa 146 10 7 3 8 7 12 5 7 5 12 12 10 8 7 8 6 7 12 Türkiyə 44 7 7 8 7 2 5 8 İrlandiya 47 3 4 3 1 8 4 7 1 2 2 5 4 3 Portuqaliya 62 8 4 1 2 7 10 5 1 2 7 10 4 1 Danimarka 8 3 5 Norveç 14 6 1 1 2 4 İsrail 139 12 10 8 5 8 5 6 3 12 8 4 10 7 6 8 12 10 5 Finlandiya 6 1 1 4 Almaniya 10 6 1 3 Belçika 23 3 2 5 3 3 2 5 İspaniya 119 8 2 6 10 12 7 6 4 6 8 6 8 4 2 4 7 6 1 12 Böyük Britaniya 47 10 3 5 6 3 1 1 3 5 3 1 6 Kipr 60 2 3 12 12 4 12 5 3 6 1 İtaliya 89 7 2 6 2 8 10 10 12 10 3 12 7

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1991-ci ildə İtaliya