Çoxbucaqlı — qapalı sınıq xətt kimi təyin olunan həndəsi fiqur. Onun 3 müxtəlif tərifi mövcuddur: Qapalı müstəvi sınıq xətt; Öz-özünü kəsməyən qapalı müstəvi sınıq xətt; Sınıq xətlə əhatələnmiş müstəvi hissəsi.
Çoxbucaqlını əmələ gətirən sınıq xəttin təpə nöqtələri çoxbucaqlının təpə nöqtələri, parçalar isə çoxbucaqlının tərəfləri adlanır. Çoxbucaqlının bir tərəfinin uc nöqtələri qonşu təpə nöqtələri adlanır. Qonşu olmayan təpə nöqtələrini birləşdirən parça çoxbucaqlının diaqonalı adlanır.
Çoxbucaqlının növləri Çoxbucaqlının üç təpə nöqtəsi varsa — üçbucaqlı, dörd təpə nöqtəsi varsa, — dördbucaqlı, beş təpə nöqtəsi varsa, — beşbucaqlı, ümumiyyətlə, n təpə nöqtəsi varsa, n-bucaqlı adlanır.
Xassələri
n - bucaqlının diaqonallarının sayı n×(n-3)/2-yə bərabərdir. Daxili bucaqlarının cəmi 180×(n-2) ə bərabərdir. Xarici bucaqların cəmi 360° -yə bərabərdir. n - bucaqlının 1 təpəsindən çıxan diaqonallarının sayı n-3 -ə bərabərdir. n - tərəfi olan çoxbucaqlıya n - bucaqlı deyilir Qabarıq n bucaqlının bir təpəsindən çıxan diaqonallarının sayı (n-3) tapılir
Kateqoriya:Çoxbucaqlılar Kateqoriya:Həndəsi fiqurlar Kateqoriya:Planimetriya