Teləçe rayonu () — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın mərkəzində yerləşir. İnzibati mərkəzi Kazandan 78 km məsafədə yerləşən Teləçe kəndidir və ən yaxın dəmiryol stansiyasına Arça 39 km məsafədədir.
2011-ci ilin may ayında İldus Fatixoviç Zaripov rayion rəhbərı olur.
Coğrafiyası Sərhədləri: şimalda — Saba, şərqdə — Mamadış və Kukmara ilə, cənubda Balık Bişməse ilə, qərbdə Pitrəç və şimal-qərbdə Arça rayonları ilə.
Relyefi təpəli düzənlikdir. Tikinti daşları, əhəng, torf yataqlarına sahibdir. Rayon ərazisindən Myaşa çayı axır.
Tarixi Teləçe rayonu 10 fevral 1935-ci ildə qurulmuşdur. 12 oktyabr 1959-cu il ərazinin Saba rayonuna verilməsi ilə ləğv edilir. 28 noyabr 1991-ci ildə yenidən qurulmuşdur.
Əhalisi Milli tərkib Tatarlar — 89,2%, ruslar — 10,1%. Dini baxımından əhalisi müsəlman və provaslavdır.
Yerli özünü idarəetmə Teləçe rayonu ərazisinə 13 kənd inzibati vahidliyi daxildir. Rayon ərazisinə ümumilikdə 53 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat Sənmaye Tatavtodor ASC-nin Teləçe filialı
Teləçe kərə yağı və süd zavodu — "VAMIN-Tatarstan" ASC-nin filialı
Teləçe mebel fabriki.
Kərpic zavodu
Nəqliyyat M-7 (Volqa) "Moskva — Kazan — Ufa" magistral yolunun kiçik bir hissəsi rayon ərazisindən keçir. Digər vacib yolları: Kazan — Teləçe — Bay Saba (Kukmara, Vyatskiye Polyanı üzərində), Teləçe — Arça, Teləçe — Abdi.
Mədəniyyət Teləçe rayonu öz istedadları ilə zəngindir. Həvəskar tamaşalarda iştirak edənlərin istər Yeni il, Novruz, istərsə də Sabantuy, qabaqcıl istehsal işçilərinin iştirakı olmadan heç bir bayram keçirilmir.
Onlara nümunə olaraq müğənnilər Venera Qaneeva, Süleyman Yusupov, Tahir Yakupov, Rasim Nizamov, yazıçılar Fatih Husni, Mahmud Maqsud, Rəşat Nizamiyev, Olimpiya çempionları Olqa Knyazeva və Şamil Sabirov, akademiklər Talqat Sirazetdinov və Yaxya Filina, professor Yaxya Vasil Qarifullin və başqalarını göstərmək olar.
Teləçe rayonu ərazisində diyarşünaslıq muzeyi fəaliyyət göstərir.
Təhsil Rayonun məktəbəqədər və orta təhsil müəssisələri şəbəkəsinə 37 məktəb, 18 məktəbəqədər, 3 əlavə təhsil müəssisəsi daxildir.
İstinadlar
Kateqoriya:Tatarıstan rayonları