Amerika Birləşmiş Ştatları Kosmik Komandanlığı (USSPACECOM və ya SPACECOM) — Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Vahid Döyüş Komandanlıqlarından biridir. Onun vəzifəsi kosmosdakı hərbi əməliyyatlara, xüsusən dəniz səviyyəsindən 100 kilometr yuxarıdakı bütün əməliyyatlara cavabdehlik və nəzarətdir.

ABŞ-nin hərbi kosmik əməliyyatları əvvəlcə 1945-ci ildə başlamışdı, lakin 1985-ci ilin sentyabrına qədər bütün hərbi qüvvələrin xarici kosmosda ortaq komandanlıq və nəzarətinin təmin edilməsi və digər döyüş komandanlıları ilə əlaqələndirilməsini təmin etmək üçün Kosmik Komandanlıq yaradılmadı. SPACECOM 2002-ci ildə ləğv edildi və onun bütün vəzifələri və qüvvələri Birləşmiş Ştatların Strategiya Komandanlığına birləşdirildi. Təxminən 17 il sonra, Kosmik Komandanlıq 29 avqust 2019-da yenidən quruldu və döyüş bölgəsi olaraq kosmosa yenidən diqqət yetirildi.

Həmçinin bax ABŞ Kosmik Qüvvələri

İstinadlar Kateqoriya:ABŞ silahlı qüvvələri