Türk Dövlətləri Təşkilatının bayrağı – Türk Dövlətləri Təşkilatı tərəfindən istifadə olunan bayraq.

22 avqust 2012-ci ildə Bişkekdə təşkil olunan Türk Şurasının II Zirvə görüşündə qəbul edilmişdir. 12 oktyabr 2012-ci ildə isə İstanbulda üzv ölkələrin bayraqları ilə birlikdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkiyə prezidenti Abdullah Gül tərəfindən dalğalandırılmışdır.

Dizaynı Bayrağın dizaynı üzv ölkələrin bayraqlarında olan ünsürlərin bir araya gətirilməsi ilə yaradılmışdır. Azərbaycan bayrağının ulduzu, Qazaxıstan bayrağının rəngi, Qırğızıstan bayrağının günəşi və Türkiyə bayrağının ayparasından istifadə edilmişdir.

İstinadlar

Xarici keçidlər Türk Konseyi Bayrağı Göndere Çekildi

Kateqoriya:Beynəlxalq təşkilatların bayraqları Kateqoriya:Türk Dövlətləri Təşkilatı Kateqoriya:Ay-ulduzlu bayraqlar