Verxoyansk ulusu () — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Bataqay qəsəbəsidir. Coğrafiyası Rayonun sahəsi 134.4 min km² -dir. Saxanın şimalında yerləşir. Şərqdə Muom ulusu, cənub-şərqdə Tompon, cənub-qərbdən Kobyay ulusu, qərbdə Even-Bıtantay, şimal-qərbdə Bulun, şimal-şərqdə Ust-Yana ulusları şimal-şərqdə həmsərhəddir.
Cənub və mərkəzi hissədən Yana yaylası, şimal-qərbdən Kular silsiləsi, şərqdən Çerski silsiləsi ilə əhatələnir. Ulusun ərazisi Yana çayı və onun qolları, Adışa (əsas olanlardan biri) və Tuostaax tərəfindən suvarılır.
Yananın orta axarındariya, 68 ° ş.e-də Bunqe-Tollya 1885 st paleolit düşərgəsi 47 min illik yaşa malikdirРоссийские учёные: человек заселил Арктику уже 45 тыс. лет назад.
Təbii şərait İqlimi subarktik, kəskin kontinentaldır. Yanvar ayının orta temperaturu −38 °C ... −48 °C, iyul +15 °C ... + 17 °C arasında dəyişir. Yağıntının miqdarı illik olaraq 150 mm-dən 300 mm-ə qdər ola bilir.
Antarktida xaricindəki havanın ən aşağı temperaturu (−67.8 °C) 1892-ci ilin fevral ayında ulus ərazisində, Verxoyansk şəhərində qeydə alınıb. Verxoyansk Şimal yarımkürəsindəki soyuq qütbü adlanır.
Tarixi 1954-cü ildə rayon mərkəzi Verxoyanskdan Bataqaya köçürülmüşdürВедомости Верховного Совета СССР. № 12 (806), 1954 г.. Əhalisi Milli tərkib Əhalinin əsas hissəsi saxalılar təşkil edir. Üstəlik burada ruslar, evenlər və digər millətlərin nümayənələri yaşayır.
2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar - 9599 nəfər (70,24%), ruslar - 2756 nəfər (20,17%), ukraynalılar - 403 nəfər (2.95%), evenlər - 376 nəfər (2.75%) və digər millətlər - 532 nəfər ( 3.89%). Urbanizasiya Şəhər şəraitində (Verxoyansk şəhəri, Bataqay və Ese-Xaya şəhəri) ulus əhalisinin 43,67% -i yaşayır.
Yerli özünü idarəetmə Verxoyansk ulusu ərazisinə 3 şəhər və 14 kənd inzibati vahidliyinə ümumilikdə 29 yaşayış məntəqəsi daxildir. İqtisadiyyat Sənaye Ərazidə qalay, stibium, qızıl, gümüş, volfram, mis və digər faydalı qazıntılar vardır. Sovet dövründə burada Bataqay və Ese-Xaya kəndləri yaxınlığında (Kester yatağı da daxil olmaqla) qalay, Lazo kəndindəki qızıl çıxarılırdı. 1990-cı illərdə, ulusda mədən tam eniş vəziyyətinə düşür. 2001-ci ildə Lazo kəndi bağlanır, 2003-cü ildə Ese-Xaya kəndinin bağlanması planlaşdırılsa da, bağlanmaq qərarı verilmir. Kənd təsərrüfatı İndi rayonun statusu aqrardır. Ulusun kənd təsərrüfatının əsasını ətlik və südlük maldarlıq, atçılıqı şimal maralı və xəz dəri ticarəti təşkil edir.
İstinadlar
Kateqoriya:Saxanın ulusları Kateqoriya:1967-ci ildə yaranmış dövlətlər və ərazilər