Mahmud bəy Səlim-XVIII yüzil, şair, vəzir

Həyatı Mahmud bəy Əbülfət bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Bir müddət Təbriz şəhərində vəzir olmuşdu. Şair idi. Səlim təxəllüsü ilə şeir yazırdı. Mahmud bəy Muğanda Nadir şahın tacqoyma mərasimində iştirak etmişdi. Tarixi-Nadirdə yazılır: "1148-ci ilin şəvval ayının 6-da (1735-ci ildə) xələt alanlar xələtlərini geyib qarovulxanaya toplandılar. Bir saat qəlyan çəkib söhbət etdikdən sonra Nadir şahın hüzuruna gəldilər. Bu məclisdə Qaraqoyunlu Mirzə Cahanşahın qohumlarından olan Azərbaycan vəziri şeir oxudu. Onun şeir və musiqidə məharəti vardı. Şeirdən sonra uca səslə "fatihə" dedi, dərhal əllərini göyə qaldırıb, dodaqlarını tərpətdilər, sonra əllərini üzlərinə çəkib dağılışdılar".

Kateqoriya:Qaraqoyunlular Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər