İşkyol ( ) — Tunisin şimalında, Afrikanın Aralıq dənizindəki ən şimal şəhəri olan Bizertadan 20 kilometr (12 mil) məsafədə yerləşən göl. İşkyol Milli Parkının göl və bataqlıq əraziləri hər il yüz minlərlə köçəri quş üçün vacib bir dayanma nöqtəsidir. Göl ziyarətçiləri arasında ördəklər, qazlar, leyləklər və qızılqazlar var. Gölün qidalandırıcı çaylarında bəndlərin qurulması gölün və bataqlıqların ekoloji tarazlığına böyük dəyişikliklər gətirmişdir.
Tarix Bəndlər göllərə və bataqlıqlara şirin su axınını kəskin şəkildə azaltdığından, qamışlıqlar, cilkimilər və digər şirin su bitkiləri duzlu su bitkiləri ilə əvəzlənmişdir. Bu dəyişikliklər, əvvəllər mövcud olan bitkilərin qarışıqlığından asılı olan köçəri quş populyasiyalarında kəskin azalma yaradıb.
UNESCO-nun verdiyi məlumata görə, Tunis hökuməti şirin suyun qorunması və duzluluğun azaldılması üçün bəzi addımlar atmış və göl 2006-cı ildə UNESCO-nun Təhlükədə olan Ümumdünya irsi siyahısından çıxarılmışdır.
Lakin Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin bəzi hesabatlarına görə, duzluluq həddən artıq yüksək səviyyəyə çatmışdır və bərpa ehtimalı sürətlə yoxa çıxa bilər.
İşkyol Milli Parkı İşkyol Milli Parkı Tunisin şimalında, Bizertadan 25 km cənub-qərbdə yerləşən Ümumdünya irsidir. Milli park 1980-ci ildən bəri UNESCO-nun Ümumdünya irsi siyahısındadır və 1996-2006-cı illər arasında Təhlükədə olan Ümumdünya irsi siyahısında yer almışdı. Park, Tunisin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən idarə olunur.
Qalereya
İstinadlar
Kateqoriya:Təhlükədə olan ümumdünya irsi Kateqoriya:1980-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Tunisdəki ümumdünya irsi