Herod məbədi () və ya İkinci məbəd (: Beyt HaMikdaş HaŞeni) — Yerusəlim şəhərindəki Məbəd dağında olmuş yəhudi müqəddəs məbədinə verilən ad. Məbəd dağında eyni yerdə iki yəhudi məbədi olmuş və onlar təxminən e.ə. 516-cı ildən b.e. 70-ci ilinə kimi fasiləsiz və ardıcıl olaraq ibadətçilərə xidmət etmişlər. Yəhudi tarixinin İkinci məbəd dövrünün adı bu məbədlə əlaqəlidir.

Yəhudi Bibliyasına görə İkinci məbəd e.ə. 586-cı ildə Yeni Babil imperiyasının Yerusəlimi işğal edib, İudey krallığının əhalisinin bir hissəsini əsir alması zamanı dağıdılmış Solomon məbədinin (Birinci məbəd)Understanding Second Temple and Rabbinic Judaism , KTAV Publishing House, Lawrence H. Schiffman, page 48–49 yerində inşa edilmişdir.

Bibliyaya görə, İkinci məbəd əvvəlcə Əhəmənilərin hakimiyyəti dövründə Babildən Lenavta qayıtmış bir qrup yəhudi tərəfindən Zarovavelin rəhbərliyi ilə inşa edilmiş kiçik tikili olmuşdur. Lakin, I Böyük Herodun hakimiyyəti dövründə ilkin sadə tikili əsaslı təmir edilərək genişləndirilmiş, onun ətrafında daha tanınan fasadlara malik, dəbdəbəli iri məbəd kompleksi qurulmuşdur. Babillilərin Birinci məbədi dağıtdıqları kimi, romalılar da b.e.-nın 70-ci ilində baş verən Yəhudi üsyanına görə İkinci məbədi və Yerusəlim şəhərini dağıtmışlar. İkinci məbəd ümumilikdə 585 il (e.ə. 516-cı ildən b.e.-nın 70-ci ilinə kimi) fəaliyyət göstərmişdir.

Yəhudi esxatalogiyasına aid olan inama görə gələcəkdə İkinci məbədin yerində Üçüncü məbəd inşa ediləcəkdir.

Zarovavelin məbədi Bibliya məlumatları 200px|thumb|left|Qustav Dore — Məbədin yenidən inşa edilməsi, "La Sainte Bible" nəşri üçün çəkilmiş illüstrasiya, 1866 Böyük Kirin e.ə. 559-cu ildə Əhəmənilər imperiyasında hakimiyyətə gəlməsi Yerusəlim şəhəri və Yerusəlim məbədinin bərpasına imkan yaratmışdır. Birinci məbədin dağıdılmasından sonra da onun yerində bəzi rudimental qurbanvermə mərasimləri həyata keçirilirdi.The Hebrew Bible: New Insights and Scholarship , New York University Press, chapter by Ziony Zevit, page 166 İkinci Salnamələr kitabının son sətirlərində verilən məlumat, həmçinin Ezra və Nehemiyanın məlumatlarına görə Böyük Kirin fərmanı ilə (, ) yəhudilərin Yerusəlimə qayıtmasından sonra Solomon məbədinin altarı olan yerdə İkinci məbədin inşasına başlanılmışdır. Yəhudilərin sürgünü zamanı baş verən fasilədən sonra () e.ə. 521-ci ildə I Daranın hakimiyyəti dövründə () məbədin yenidən inşasına başlanılmış və onun hakimiyyətinin altıncı ilində (təxm. e.ə. 516-cı ildə) inşaat işləri yekunlaşmışdır. Növbəti ildə məbədin ithaf mərasimi keçirilmişdir.

Bütün bu hadisələr Yəhudi Bibliyasının son fəsilində təsvir edilmişdir.

Nehemiyanın kitabının özəyi, ilkin memuar hissəsi təxm. e.ə. 400-cü illərdə Ezranın kitabının özəyi ilə birlşdirilmişdir. Sonradan, Ellinizim dövründə kitabın redaktəsi ehtimal ki, davam etdirilmişdir.Paul Cartledge, Peter Garnsey, Erich S. Gruen (editors), Hellenistic Constructs: Essays In Culture, History, and Historiography, p. 92 (University of California Press, 1997).

Kitabda Suzda hökmdar sarayında olan Nehemiyanın Yerusəlim şəhərinin divarlarının olmaması barədə öyrənməsi və divarları bərpa etdirmək qərarı olması xəbər verilir. Hökmdar onu Yəhud Medinata əyalətinə qubernator təyin edir və Nehemiya Yerusəlimə səfər edir. Burada o, İsrail düşmənlərinin etirazına baxmayaraq Yerusəlim divarlarını bərpa etdirir və Moşenin qanunları əsasında ictimai dəyişikliklər həyata keçirir. 12 ildən sonra o, Suza qayıdır, lakin, sonradan bir daha Yerusəlimi ziyarət edir. O, görür ki, israillilər qanunu pozaraq qeyri-yəhudi qadınlarla evlənirlər və qanuna riayət edilməsini təmin etmək üçün Yerusəlimdə qalır.

Bibliya məlumatına görə, Babil sürgünündən qayıtdıqdan sonra, İudey krallığının süqutu ilə yetmiş il ərzində tərk edilmiş Yehud əyalətinin yenidən təşkil edilməsinə qərar verilir. Fərat sahillərindən Yerusəlimə uzun və yorucu səfər edən 42.360 nəfərdən ibarət zəvvarlar dəstəsi güclü dini motivlə ilhamlanmışdılar və vətəninə gələn bu insanların ilk işi dağıdılmış məbədin yenidən qurulması ilə ibadət yerinin bərpa olunması və korbanot adlandırılan qurbanvermə ayinin icrası olmuşdur.

Böyük əliaçıqlıq göstərməklə 1000 qızıl dari və digər bir çox hədiyyələr bəxşiş edən qubernator Zerovavelin çağırışından sonra insanlar böyük həvəs ilə müqəddəs xəzinəyə külli miqdarda bəxşişlər göndərməyə başlayırlar. İlk öncə onlar əvvəl olduğu yerdə Tanrı qurbangahını bərpa edərək ucaltdılar, daha sonra qədim məbədin yerini tutan yanmış zibil təpəsini təmizləyə başlamışlar; və ikinci ilin ikinci ayında (e.ə. 535) böyük ictimai həyəcan mühitincə İkinci məbədin təməli qoyulur. İzləyicilər bu hadisəyə hər nə qədər qarışıq hisslər bəsləsələr də, böyük maraqla müşahidə edirdilər (, ). 280px|thumb|right|Sebastyano Konka — Makedoniyalı İsgəndərin Yerusəlim məbədinə daxil olması, 1736, Prado muzeyi 280px|thumb|right|Jan Fuke — Pompeyin Yerusəlim məbədinə daxil olması, 1470, "Les Antiquités judaïques" kitabına illüstrasiya Samaritanlar bu işdə köməklik göstərməyə çalışsalar da, yəhudilərin məbədin inşasını müstəqil şəkildə həyata keçirməli olduqlarını düşünən Zerovavel və böyüklər köməkdən imtina edirlər. Bundan sonra yəhudilər haqqında pis şaiyələr yayılır. -də verilən məlumata görə, samaritanlar inşaat işinə maneə olmaq üçün Ekbatan və Suza səfirlər göndərirlər; nəticədə inşaat işləri dayandırılır.

Yeddi il sonra yəhudilərin vətənə qayıdaraq məbədi bərpa etmələrinə icazə vermiş Böyük Kir vəfat edir () və hakimiyyətə onun oğlu Kambiz gəlir. Onun ölümündən sonra Bardiya özünü hökmdar elan edərək yeddi və ya səkkiz ay müddətinə taxtı zəbt edir. Daha sonra isə I Dara hökmdar olur (e.ə. 522). Onun hakimiyyətinin ikinci ilində məbədin inşasına yenidən başlanılır () və peyğəmbərlər Haqqai və Zaxariyanın səmimi məsləhətləri və göstərişləri ilə işlər tamamlanır. E.ə. 516-cı ildə, yəhudilərin qayıdışından iyirmi il sonra məbəd ithafa hazır olur. Böyük Daranın hakimiyyətinin altıncı ilində xalqın böyük sevinci ilə, Adar ayının üçüncü günündə məbədin inşası tamamlanır (), lakin, yəhudilər artıq müstəqil yox vassal xalq idilər. Haqqainin kitabında deyilir ki, İkinci məbədin məşhurluğu, Birinci məbəddən daha çox olacaq ().

Solomon məbədinin 586-cı ildə dağıdılmasından sonra, məbəddə olmuş bir sıra orijinal artefaktlar mənbələrdə xatırlanmır və itirilmiş hesab edilirlər.

İkinci məbəddə aşağıdakı müqəddəs artefaktlar çatışmırdı: Daha əvvəl manna və Aaronun çubuğunun saxlandığı, sonradan yerləşdirildiyi Əhd sandığı Urim və tummim (Hoşenə aid kəhanət alətləri) Müqəddəs yağ Müqəddəs alov İkinci məbəddə Kodeş Hakodaşim (Müqəddəslərin müqəddəsi) Birinci məbəddə olduğu kimi divarla yox, pərdə ilə ayrılmışdı. Buna baxmayaraq Tabernakl kimi ikinci məbəddə də aşağıdakı artefaktlar var idi: Hekhal üçün Menora (qızıl şamdan) Çörək nümayişi masası Qızıl büxurdanları olan qızıl qurbangah-altar

Mişnaya görəMiddot 3:6, Təməl daşı vaxtilə Əhd sandığının dayandığı yerdədi və həmin yerdə Ali Kahin büxurdanı Yom-Küpürdə qoymuşdur.

İkinci məbəddə də babillilər tərəfindən talan edilmiş və Böyük Kir tərəfindən qaytarılmış çoxsaylı qızıl qablar vardı. Lakin, Babil Talmuduna görəYoma 21b , Birinci məbəddə olmuş Şxina və Ruax HaKodeş İkinci məbəddə çatışmırdı.

Ravvin ədəbiyyatında Ənənəvi ravvin ədəbiyyatı İkinci məbədin 420 il fəaliyyət göstərdiyini qeyd edir və II əsrə aid "Seder Olam Rabba" salnaməsinə istinadən məbədin inşasını e.ə. 350-ci ilə (Anno Mundi təqvimi ilə 3408-ci il), Miladi təqvimdən 166 il gecə aid edilir, dağıdılması isə b.e. 70-ci ilinə (Anno Mundi təqvimi ilə 3829) aid edilir.Goldwurm, Hersh. History of the Jewish people: the Second Temple era , Mesorah Publications, 1982. Appendix: Year of the Destruction, p. 213.

Mişnanın Kodaşim kimi tanınan beşinci fəslində dini qanunların ətraflı təsviri və təfsiri verilir, qurbanvermə, Məbəd və onun quruluşu, dini ayinlər və mərasimləri həyata keçirən məbəd xidmətçiləri ilə bağlı qaydalar dəqiqliklə izah edilir. Maşeketdə heyvanlar, quşlar və Minxa qurbanları qeyd edilir, qurbanvermə qanunları, Xatat və Aşam, həmçinin müqəddəs əmlakın qanunsuz mənimsənilməsi ilə bağlı qanunlar göstərilir. Bundan əlavə qaydalarda İkinci məbədin təsviri (Middot traktatı) və Məbəddə gündəlik qurbanvermə qaydalar (Tamid traktatı) yer almışdır.

Makkaveylər tərəfindən yenidən ithaf edilməsi İudeyanın Makedoniyalı İskəndər tərəfindən fəth edilməsindən sonra ərazi Misir Ptolomey krallığının tərkibinə qatılır və e.ə. 200-cü ildə firon V Ptolomey Epifanın Selevkilərdən III Antiox tərəfindən Panium döyüşündə məğlub edilməsinə kimi krallığın tabeliyində qalmışdır.De Bellis Antiquitatis (DBA) The Battle of Panion (200 BC) Bundan sonra İudeya Selevkilər imperiyasının tərkibinə qatılır. İkinci məbədin talan edilib, dini ibadətin dayandırılmasından sonra imperiya ərazisində İudaizm faktiki olaraq qanunsuz elan edilir.

E.ə. 167-ci ildə IV Antiox Epifan Məbəddə Zevs altarının inşasını əmr edir. O, həmçinin sünnəti qadağan edir və Məbəd altarında donuzların qurban kəsilməsini buyurur.Flavius Josephus, The Wars of the Jews Jewish War i. 34

Makkaveylərin Selevkilər imperiyasına qarşı üsyan qaldırmasından sonra İkinci məbəd kafirlərdən təmizlənir və yenidən ithaf edilmə mərasimi keçirilir. Bundan sonra məbəd yəhudi Haşmonaim krallığının dini mərkəzinə çevrilir və mədəni baxımdan yəhudi bayramı olan Hanukka ilə əlaqələndirilir.

Haşmonaim sülaləsi və Roma imperiyasının qələbəsi Arxeoloji tədqiqatlar göstərmişdir ki, Haşmonaim sülaləsinin hakimiyyəti dövründə Məbədin strukturunda və ətraflarında dəyişikliklər edilmişdir. Haşmonaim krallığının kraliçası Salomeya Aleksandra böyük oğlu II Hirkanı İudeyanın Ali Kahini elan edir. Onun kiçik oğlu II Aristobul hakimiyyətə gəlmək üçün hazırlaşırdı və anasının vəfatından sonra taxtda onun yerini tutur. Anasını taxtda əvəz etməli olan Hirkan Ali Kahin vəzifəsi ilə kifayətlənməli olur. İdumeya hakimi Antipatr Hirkana çağırış edərək, hüququndan imtina etməməli olduğunu bildirir. Nəticədə Nəbati kralı III Areta Filellinin yanına qaçan Hirkan, taxtı ələ keçirmək üçün böyük bir ordu ilə qayıdır. O, II Aristobulu məğlub edərək Yerusəlimi mühasirəyə alır.

Suriyada III Mitridat müharibəsi çərçivəsində ermənilərə qarşı döyüşən Pompey, İudeyadakı mübahisənin aydınlaşdırılması üçün leytenantını əraziyə göndərir. Həm Hirkan, həm də Aristobul dəstək üçün Pompeyə müraciət edirlər. Pompey bu məsələ ilə bağlı qərar vermir və bu Aristobulu uzaqlaşdırır. Pompey onu izləyir və Aristobul təslim olur, lakin, onun arıdıcılları Pompeyin ordusunu Yerusəlimə buraxmır. Romalılar şəhəri mhasirə edərək e.ə. 63-cü ildə ələ keçirirlər. Mühasirə zamanı kahinlər Məbəddə ibadəti davam etdirirlər. Romalılar məbədi talan etmir və zərər vurmurlar. Ehtimal ki, Pompey özü təsadüfən Müqəddəslərin müqəddəsinə girir və növbəti gün məbəddə təmizlik işlərinin aparılmasından sonra ibadətə yenidən başlanmasını buyurur.

Herodun məbədi 275px|thumb|right|Ceyms Tisso tərəfindən çəkilmiş Herodun məbədinin bərpa edilmiş ümumi görünüşünü təsvir edən rəsm əsəri, 1886–1894, Bruklin muzeyi Böyük Herodun hakimiyyəti dövründə məbədin yenidən qurulması işlərinə Məbəd dağının genişmiqyaslı genişləndirilmə işləri ilə başlanılmışdır. Herodun məbəddə yenidənqurma işlərini aparması adətən e.ə. 20/19-cu ildən 12/11-ci ilə kimi olan dövrə aid edilir. Tədqiqatçı Bike Mahye Məbəd ətrafında işlərin aparılmasını e.ə. 25-ci ilə, Məbəd binasının özündə inşaat işlərinin aparılmasını e.ə. 19-cu ilə, hər ikisinin ithaf edilməsini isə e.ə. 18-ci ilə aid edir.Mahieu, B., Between Rome and Jerusalem, OLA 208, Leuven: Peeters, 2012, pp. 147–165) İnşaat işləri zamanı Məbəddə ibadət və ayinlər davam etdirilmişdir.Secrets of Jerusalem's Temple Mount, Leen and Kathleen Ritmeyer, 1998 Roma imperatoru Kaliqula Məbəddə öz heykəlini yerləşdirmək istədikdə, Herodun nəvəsi I Aqrippa onu fikrindən döndərə bilmişdir.

İnşası