Fransisko Trinkao (; ) — portuqaliyalı futbolçu. Barselonanın və Portuqaliya millisinin hücumçusudur. Vulverhempton Uonderers klubuna 30 iyun 2022-ci ilədək icarəyə verilib.

Futbol karyerası Francisco Portuqaliyanın Vianense akademiyasının məzunudur. Porto akademiyasında seçmə keçib, amma komandaya alınmad və sonra Braqa akademiyasına keçdi. 2 aprel 2016-cı ildə Braqa B ilə ilk maçına Freamunda qarşı 81-ci dəqiqədə əvəzedici olaraq meydana çıxdı. Ümumilikdə, ilk mövsümündə dörd görüş keçirdi. 7 may 2017-ci ildə klubun karyerasında ilk qolunu Porto B komandasına vurdu. 2017/18 mövsümündən etibarən Braqa B komandasının start heyətində yer alır.

Portuqaliyanın gənc milli komandalarında oynadı. U-19 komandası ilə birlikdə 2018 Avropa Gənclər Çempionatını qazandı. Turnirdə 5 qol vurduğu 5 görüş keçirdi. Turnirin bombardiri oldu.

2020-ci ilin yanvarında Trinkan İspaniyanın Barselona klubu ilə 2020-ci ilin yayında qüvvəyə minən beş illik müqavilə imzaladı. Portuqaliyalı oyunçunun transferi Kataloniya klubuna 31 milyon avroya başa gəldi.

İstinadlar

Kateqoriya:Portu FK futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Vulverhempton Uonderers FK futbolçuları Kateqoriya:Sportinq Lissabon FK futbolçuları Kateqoriya:Portuqaliya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Portuqaliya futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Portuqaliyanın kişi futbolçuları Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Braqa FK futbolçuları