Ağbaşlı — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisində yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 2020-ci ildə işğaldan azad olunub. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbaşlı kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.
Həmçinin bax Xocavənd rayonu Füzuli rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Xocavənd rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş kəndləri