Nubar Ozanyan dəstəsi (, ) — Suriya Demokratik Qüvvələrinin tərkibində Suriyada fəaliyyət göstərən erməni hərbi təşkilatı. 2019-cu ilin aprelində qurulmuşdur. Lideri Masis Mutanyandır.
Tarixçə Dəstə, 2019-cu il aprelin 24-də, erməni soyqırımının 104-cü ildönümünündə yaradılmışdır. 2017-ci ildə Raqqada öldürülən Türkiyə Marksizm-leninizm kommunist partiyası silahlı qolunun lideri olan Nubar Ozanyanın şərəfinə adlandırılmışdır. Məqsədləri erməni xalqı, dili və mədəniyyətini, eyni zamanda bütün rojava xalqlarını "Faşist Birlik və Tərəqqi Partiyası təmsilçiləri" olaraq "İraq Şam İslam Dövləti və Türkiyədən" qorumaqdır.
14 avqust 2019-cu il tarixdə Nubar Ozanyan dəstəsi və Türkiyə Marksizm-leninizm kommunist partiyası tərəfindən Ozanyanın Raqqa müharibəsində ölümünün ikinci ildönümünü qeyd edən ortaq bir mərasim təşkil edilmişdir.
Suriya Demokratik Qüvvələrinin tərkibində Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusuna qarşı Sülh Bulağı əməliyyatında vuruşmuşdur. 2020-ci ildə Qarabağ döyüşlərində 650 nəfərlik döyüşçü heyəti Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşmək üçün münaqişə bölgəsinə yollanmışdır.
İstinadlar
Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:Xalq Müdafiə Birlikləri