İrəvan tramvayı () — Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərən tramvay sistemi. İrəvanın tramvay sistemi 29 sentyabr 1906-cı ildə biznesmen Mirzoyanın maliyyə dəstəyi ilə at-dəmir yolu şəklində açılır. XX əsrin ikinci yarısında tramvayda 12-yə qədər marşrut mövcud olur. Bunlara 2 tramvay deposu xidmət göstərir.
Tramvay xətti 21 yanvar 2004-cü ildə bağlanmışdır. İrəvanda tramvay sisteminin bağlanması zamanı bir marşrut fəaliyyət göstərirdi. Ermənistan ərazisində yalnız İrəvan şəhərində tramvay xətti mövcud olmuşdur.
Tarixi Ermənistanda tramvayın indiyə qədər mövcud olduğu yeganə şəhər İrəvan idi. 29 sentyabr 1906-cı ildə iş adamı Mirzoyan İrəvan şəhər at-dəmir yolu açdırı. Bu tip enli at qoşqulu tramvayı müharibə nəticəsində məhv edildiyi 1918-ci ilin avqust ayına qədər mövcud olur. 12 yanvar 1933-cü ildə tramvay elektrikləşdirilir. Tramvayda vaqonların sayı orta hesabla hər beş ildən bir 25% artır və 1933-cü ildə 16 olduğu halda, 1945-ci ildə artıq 77, 1965-ci ildə isə 222 ədəd hərəkətli vaqon olur. İrəvan tramvayında iki növ tramvaydan istifadə edilir — 71–605 və RVZ-6M2. Tramvayın maya dəyəri avtobuslarla müqayisədə 2,4 dəfə yüksək olması, bahalı elektrik enerjisi və İrəvanda Kiyev körpüsündən keçərkən yaranan problemlər səbəbindən 20 iyun 2003-cü il tarixdə 7 saylı maşrut bağlanılır. 21 yanvar 2004-cü ildə İrəvanda tramvay xətti rəsmi olaraq bağlanılır. Yolların əksəriyyəti sökülür, tramvaylar metal qırıntıları edilərək satılır, tramvay deposu müxtəlif özəl müəssisələr tərəfindən istifadə olunur və yarımstansiya trolleybuslara xidmət göstərir.
Hərəkət heyəti İrəvandakı tramvayın bağlanması zamanı hərəkət heyəti Riqa zavodunun (RVZ-6) və Ust-Katavskinin (KTM-5) vaqonlarından ibarət idi.
Anbar İrəvandakı tramvay xəttinə 2 depo xidmət göstərdi. 1 nömrəli anbar Arşakunyas prospektində yerləşirdi. 2 nömrəli anbar Leninqradyan küçəsində yerləşirdi. 2 nömrəli depo 2004-cü ildə fəaliyyətini dayandırır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İrəvanda nəqliyyat Kateqoriya:Şəhərlərə görə ləğv edilmiş tramvay sistemləri