Robert Cozef Barro (, ) — Klassik makroiqtisadiyyat üzrə ixtisaslaşmış amerikalı iqtisadçı, Pol Varburq, Harvard Universitetinin İqtisadiyyat professoru.

Bioqrafiyası 1965-ci ildə Kaliforniya Texnologiya İnstitutunda fizika bakalavr dərəcəsini, 1970-ci ildə Harvarddan iqtisad elmləri namizədi almışdır.

Elmə töhfəsi RePEc layihəsi onu akademik araşdırmalarına əsasən 2011-ci ilin avqust ayına qədər müasir dünyada ən nüfuzlu dördüncü iqtisadçı kimi təyin etdi. Barro, Robert Lukas və Tomas Sercent ilə birlikdə yeni klassik makroiqtisadiyyatın qurucularından biri sayılır. Hal-hazırda Stenford Universitetinin Huver İnstitutunun baş elmi işçisidir.

1988-ci ildə Robert Barro özünün daxili inkişaf modelini — Barro modelini təklif etdi.

1993-cü ildə Robert Barro öz işində BARS əyrisinin müəllifidir — dövlət xərclərinin ÜDM-dəki payındakı artımın ÜDM artımının sürətlənməsindən asılılığı.

1995-ci ildə Xavyer Sala-i-Martin ilə birlikdə texnologiya diffuziya modeli inkişaf etdirdi.

Biblioqrafiya Barro R. J. Government Spending in a Simple Model of Endogenous Growth//NBER Working Paper No. 2588, may 1988; Барро Р. Дж., Сала-и-Мартин Х. Экономический рост / Пер. с англ. — М.: Бином. Лаборатория знаний, 2010. — 824 с. — ISBN 978-5-94774-790-4 (ing. Economic growth, 2003)

İstinadlar

Ədəbiyyat Пракаш Лунгани Только "хиты" // Финансы и развитие. 2007, сентябрь

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Makroiqtisadçılar