Ağdam Tarix-Diyarşünaslıq Muzeyi — Ağdam şəhərində yaradılmış muzey. Muzeyin tarixi 1962-ci ildə Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərində fəaliyyətə başlamışdır. Muzeyin direktoru vəzifəsinə rayon ziyalısı Yusif Əhmədov təyin edilmişdir. Muzeyin ştat cədvəli 1982-ci ildə təsdiq edilir. Muzeyin yerləşdiyi bina yararsız vəziyyətə düşdüyündən 1983-cü ildə onun bir hissəsi “İmarət”ə, əsas hissəsini isə keşmiş Lenin prospektində yerləşən mərkəzi kitabxananın bir otagına köçürülür. Eksponatlar isə “İmarət”də sərgilənirdi.

1993-cü ildə Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində muzeydən hər hansı eksponat çıxarmaq mümkün olmamışdır. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kəndi Mədəniyyət Evinin binasında 100 eksponatla fəaliyyətə başlamışdır.

Muzeyin eksponatları Muzeydə 2500-dən artıq eksponat sərgilənirdi. Sərgilənən eksponatlar sırasında daha çox misdən düzəldilmiş əşyalar, o cümlədən, sərniclər, teştlər, müxtəlif ölçülü qazanlar üstünlük təşkil edirdi. 1995-ci ildən muzey fəaliyyətini Ağdam rayon Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir. Yenidən toplanılmış, bərpa edilmiş tarixi maddi-mədəniyyət nişanələrinin hesabına 2015-ci ildə muzeydə 2600-dək eksponat sərgilənib.

Həmçinin bax Azərbaycan muzeyləri Ağdam rayonu Ağdam abidələri

İstinadlar

Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:Ağdam rayonundakı tikililər