Yalova universiteti () — Türkiyənin Yalova ilində təsis edilmiş dövlət universitetidir. 27 mart 2018 tarixində universitetin rektoru Rəcəb Tayyib Ərdoğan tərəfindən professor Suad Cəbəci təyin edilmişdi. Prof. Fəhimə Jülidə Hizal Ucasoy, Prof. Fikrət Yüksəl, Prof. Orxan Torkul rektor köməkçiləri kimi fəaliyyət göstərirlər.

Akademik performansa dair universitet sıralaması labaratoriyasının araşdırmalarına əsasən 2019–2020 illəri etibarilə Türkiyədə akademik performans baxımından 12-ci sırada qərarlaşmışdı.

Tarixi 31 may 2008-ci il tarixli 26892 saylı sərəncama əsasən Yalova ilində təsisinə qərar verildi. Uludağ Universiteti, Yalova Peşə Liseyi Yalova Universitetinin təməli hesab olunur. 1995-ci ildə Yalova ilinə aid bir universitetə ehtiyac olduğu üçün 22 yanvar 1996-cı ildə Yalova Ali Təhsil vəqfi, 19 fevral 2007-ci ildə isə Yalova Universiteti "Bərpa və Qorunma" dərnəyi qurulmuşdu. Yalova Universiteti 2008-ci ildə universitet təhsil fəaliyyətinə başladı.

Fakültələr Hüquq fakültəsi; İqtisadiyyat və İdarəetmə Fakültəsinin alt bölmələri; Əmək İqtisadiyyatı və Sənaye Münasibətləri; İqtisadiyyat; Biznes; Siyasi elm və dövlət idarəetməsi; Sosial xidmət; Beynəlxalq əlaqələr; Beynəlxalq Ticarət və Maliyyə İslam Elmləri Fakültəsinin bölmələri; Əsas islam elmi; Fəlsəfə və dini tədqiqatlar; İslam tarixi və sənəti Mühəndislik fakültəsinin bölmələri; Kompüter mühəndisliyi; Elektrik mühəndisliyi; Sənaye mühəndisliyi; Enerji sistemləri mühəndisliyi; İnşaat mühəndisliyi; Kimya mühəndisliyi; Maşınqayırma Polimer mühəndisliyi; Nəqliyyat mühəndisliyi; İncəsənət və dizayn fakültəsinin bölmələri; Ünsiyyət sənəti; Qrafik dizayn; Daxili memarlıq; Ənənəvi türk sənətləri; İdman fakültəsinin bölmələri; Məşq təlimi; İdman menecmenti; Bədən tərbiyəsi və idman tədrisi Tibb elmləri fakültəsinin bölmələri; Sağlam qidalanma və pəhriz; Uşaqların inkişafı; Fiziki müalicə və reabilitasiya; Tibb bacısı

İstinadlar

Xarici keçidlər Universitetin rəsmi facebook səhifəsi Universitetin rəsmi twitter səhifəsi Universitetin tələbə məlumat sistemi

Kateqoriya:Yalova Universiteti