Həyatı

Kərbəlayı Kərbəlayı Məhəmməd bəy Sufi 1846-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Məhəmməd bəy şair idi. Sufi təxəllüsü ilə şeir yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab yazır: "Kərbəlayı Məhəmməd Sufi Şirin bəy Qarabağlının oğludur. Şuşa şəhərinin Çuxur məhəlləsindəndir. Təxminən qırx beş yaşlı bir kişidir, sağdır, ucaboy, yoğunbədən bir şəxsdir. Şeytan sözünə aldanıb, cavanlığının əvvəllərində o biçarə nahaq qan tökdüyünə görə şəhərdən qaçıb, kazak və yolkəsənlərlə birlikdə dağda-daşda ömür keçirir. Şeir də deyərdi. Şeirlərindən bu bir bənd qəzəl əlimə keçib aşağıda yazmışam.

Haşiyədə: Kərbəlayi Məhəmməd 1309-cu ilin ramazan əl-mübarək ayında Arazın kənarında arvadını və qaynanasını öldürüb, qaçır. Arvadınının qardaşı onu təqib edir, tutur. Qollarını və başını kəsir. Bədəni biyabanda qalır. Nəhayət, bir şəxs onu dəfn edir".

Kərbəlayı Məhəmməd bəy Sufi 1891-ci ildə vəfat edib.

Yaradıcılığı

Həm də ki, yarım yüzündən niqabı atır, Aşiqlər o xoş haldan qiylü qala düşürlər.

Onun gözəlliyininin ziyası Musanın gözündə cilvə edir, Dağlara yüksək səs salır.

Gah "ənəlhəq" səsləyir, Nilin dayanmasına əmr verir, Gah öz həmsöhbətini həyata salır.

Sənin gözəlliyin bir dəhzə aşiqin gözündən uzaq olanda Səni istəyənləri qəmə, dərdə, məlala salır.

Kənan ayı (Yusif) gah bazara meyl edər, Gah əldəki sapı qoca şəklinə salır.

Elə ki, mütürüb səni yad edib, rəqsə gəlir, Öz saçlarını gözəllik tənburuna salır.

Sənin əlindən şərbət dadan gündən, Mədhuş Sufini vəcdə salıb".

Sətri tərcümə. (Bax: M. M. Nəvvab, Təzkireyi-Nəvvab, Bakı, 1998, səh.463).

Mənbə

Ənvər Çingizoğlu. Şirinbəyovlar. "Soy" dərgisi, 3 (8), Bakı. 2007, səh.26-38.

Həmçinin bax

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:1846-cı ildə doğulanlar Kateqoriya:1891-ci ildə vəfat edənlər