Borsunlu nekropolu — Tərtər rayonunun Borsunlu kəndindən 0,5 km şimal-şərqdə İncəçayın sağ sahilində yerləşən arxeoloji abidə.Hidayət Cəfərov. MİL–QARABAĞ ARXEOLOJİ EKSPEDİSİYASI 2-Cİ DƏSTƏSİNİN 1982-Cİ İL TƏDQİQATLARININ HESABATI, səh 79.

Müxtəlif dövrlü qədim abidələri ilə zəngin Qarabağın Tərtər bölgəsində Mil-Qarabağ arxeoloji ekspedisiyasının 2-ci dəstəsi 1981–1987-ci illərdə çoxsaylı arxeoloji abidələr qeydə alıb ki, Borsunlu nekropolu da Tərtər rayonu ərazisində qeydə alınmış zəngin abidələrdəndir. Kiçik fasilə (1984-cü il) ilə 1981–1987-ci illərdə sistemli arxeoloji tədqiqatlar aparılmışdır.Предварительные итоги исследований в Борсунлинском магильнике. Тезисы докладов Всесоюзной археологической конференции. Баку, 1985, Т. I, стр. 133–135. Nekropol Borsunlu kəndi ətrafında, İncəçayı hövzəsinin orta axarında, çayın dərin dərədən düzənliyə çıxaraq yelpikvari yayılması zonasında, geniş bir sahədə yerləşmişdir, tunc və ilk dəmir dövrünə aid kurqanlardan ibarətdir. Borsunlu nekropolu təkcə Qarabağda deyil, bütövlükdə Azərbaycanın tunc dövrü ilə bağlı aşkar edilmiş sinxron abidələri içərisində özünəməxsus yer tutur.

Borsunlu nekropolu və eyniadlı kənd dağlıq və düzənliyin qovşağında yerləşib. Bura İncəçayının dərin dağ dərəsindən düzənliyə çıxıb yelkənvari konus əmələ gətirdiyi sahədir. Borsunlu kəndi üç tərəfdən (qərb, cənub və şərq) Qarabağ dağlarının tədricən kiçilərkən çınqıl təpələrinə, oradan isə düzənliyə keçdiyi yerdədir. Təpəliklər düzənliyə doğru olan dərələrlə adacıqlara ayrılıb.

Borsunlu nekropolunda tədqiq olunmuş 35 abidədən (32 kurqan, iki sallama qəbiri, bir torpaq qəbiri) 5-i ilk tunc dövrünə, 3-ü orta tunc dövrünə, 1-i orta tuncdan son tunca keçid dövrünə, qalanları son tunc və ilk dəmir dövrünün müxtəlif mərhələlərinə aiddir. Axırıncılar sayca çoxdur və Borsunlu nekropoluna daxil olan kurqanların böyük qrupu İncəçayın sağ sahil zonasında yerləşir. Kurqanların örtükləri torpaq, daş və torpaq qarışıqlı töküntüdən ibarətdir.

Çox halda torpaq və xırda çınqıl qatışığından, bəzi hallarda çınqıl və çay daşlarından qurulmuş Borsunlu kurqanları bir qayda olaraq bir və ya iki cərgə daşlardan hörülmüş kromlexlə əhatə olunub.

Borsunlu kurqanları haqqında onu da qeyd etmək lazımdır ki, bu, Qarabağda hələlik yeganə abidədir ki, orada mədəniyyətin inkişafını e.ə III minilliyin başlanğıcından I minilliyin ortalarına qədər izləmək olur.

Ümumi məlumat thumb|left|300px|Böyük Borsunlu kurqanından tapılmış at kəlləsi və onun ağız hissəsində olan tunc gəm XIX əsrin sonlarındakı arxeoloji tədqiqatlarla, həmçinin XX yüzilliyin 20-ci, 30-cu, 50-ci və xüsusilə 80-ci illərindəki, nəhayət, XXI əsrin ilk onilliklərindəki qazıntılarla dağlıq və düzən Qarabağda çoxsaylı qurqan abidələri aşkar edilərək öyrənilmişdir. Elmi baxımdan onlardan ən diqqətəlayiq olanları Xocalı, Axmaxı, Dovşanlı, Ballıqaya—Sırxavənd, Qarabulaq, Xankəndi, Borsunlu, Bəyimsarov, Sarıçoban və digər qurqanlardır.

Müxtəlif forma və ölçülərə malik kurqanlar düzgün konusvari (daş, torpaq, bəzi hallarda isə qarışıq) təpələrdir ki, onların altında müxtəlif adət-ənənələr və maddi mədəniyyət nümunələri ilə dəfn olunmuş şəxslərin qəbirləri yerləşir. Bir qayda olaraq, hər bir qəbiristanlıqda qəbilə başçıları (hökmdarları) üçün nəzərdə tutulmuş kurqanlar xarici görünüşünə, qəbir kamerasının quruluşuna və dəfn adətlərinə görə digərlərindən kəskin şəkildə fərqlənir. Belə qəbiristanlıqlarda əmlak və sosial təbəqələşmənin yaranması və dərinləşməsi qabarıq şəkildə nəzərə çarpır. Bu proses, e.ə. III minilliyin əvvəllərindən I minilliyin I rübünə qədərki uzun bir tarixi dövrü əks etdirən Tunc və Erkən Dəmir dövrünün çoxtəbəqəli qəbiristanlıqlarında xüsusilə aydın şəkildə təzahür edir. Bu tip abidələrin bariz nümayəndələrindən biri Borsunlu nekropoludur.

Borsunlu nekropolundakı kurqanlarının bir qrupu Hidayət Cəfərov tərəfindən tədqiq edilmişdir. H. F. Cəfərov ayrı-ayrı qruplar halında cəmləşən kurqanları beş tipə bölmüşdür.

Müxtəlif dövrlü qədim abidələri ilə zəngin Qarabağın Tərtər bölgəsində Mil-Qarabağ arxeoloji ekspedisiyasının 2-ci dəstəsi 1981–1987-ci illərdə burada çoxsaylı arxeoloji abidələr qeydə alıb ki, Borsunlu nekropolu da Tərtər rayonu ərazisində qeydə alınmış zəngin abidələrdəndir. Burada kiçik fasilə (1984-cü il) ilə 1981–1987-ci illərdə sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Nekropol Borsunlu kəndi ətrafında, İncəçayı hövzəsinin orta axarında, çayın dərin dərədən düzənliyə çıxaraq yelpikvari yayılması zonasında, geniş bir sahədə yerləşmiş tunc və ilk dəmir dövrünə aid kurqanlardan ibarətdir. Borsunlu kurqanları əksərən torpaq və xırda çınqıl qatışığından, bəzi hallarda isə çınqıl və çay daşlarından qurulmuşdur. Bu tip kurqanlar bir qayda olaraq bir və ya iki cərgə daşlardan hörülmüş kromlexlə əhatə olunub.

Borsunlu nekropolunda kurqanlar ayrı-ayrı qruplar halında cəmləşib. Bu xüsusiyyət ibtidai-icma quruluşunun daxili mexanizmi ilə bağlı olan gerçəklikdir. ki, belə qruplarda bir və ya iki böyük ölçülü kurqanı kiçik və orta həcmli kurqanlar əhatələyir. Mərkəzdə yerləşmiş böyük kurqanlar tayfanın varlı üzvləri, onun ətrafındakı kurqanlar isə sıravi üzvlər üçün nəzərdə tutulmuşdur. Göstərilən xüsusiyyət tunc dövrünün bütün mərhələləri üçün eitibarlıdır. Kurqan qruplarına İncəçayın həm sol sahil (Qara su, Ağ qaya, Melikli dərəsi, Gen dərə, Qara yol, Acı dərə, Arxaşan dərəsi, Mil dərəsi, Arpa dərəsi, Çəmənlik), həm də sağ sahil zonasında (Göllər, Səlbi dərəsi, Qazaxlar, Sulu dağ, Narlı dərə, Şorsu və s.) mövcuddur.

Qəbirlərin quruluşu Xarici görünüş eitibarilə Borsunlu kurqanları bir neçə tipə bölünür: Örtüyü yalnız iri çay daşlarından ibarət olan kurqanlar. Bu tip kurqanların bəizilərinin mərkəz hissəsi batıqdır. Örtüyü iri parçalı çınqıldan ibarət olan kurqanlar. Ətrafı kromlexlə əhatələnmiş, mərkəzi hissəsi daş örtüyə malik olan kurqanlar; bu tip kurqanlarda kromlexlə mərkəzdəki daş yığını arasındakı boşluq gəc qatışıq xırda çınqılla doldurulmuşdur. Ətəyi kromlexli, mərkəzi hissəsi gəc qatından ibarət olan kurqanlar. Bu tip kurqanlarda örtük çox zəifdir (0,5 m-ə qədər). Torpaq örtüklü kurqanlar. Axırıncılar sayca azlıq təşkil edirlər.

Kurqanlar və qəbir tapıntıları

Borsunlu nekropolunda 30-dan artıq kurqan abidəsi tədqiq edilmişdir. Bunlardan beşi ilk tunc dövrünə aiddir. Həmin kurqanlar 1981, 1983 və 1986-cı illərdə qazılmışdır. Onların bəziləri aşağıdakı kimidir:

2 saylı kurqan İncəçayın sol sahilində "Gen dərə" adlı sahədəki kurqanlar qrupuna daxildir. Buradakı kurqanlardan biri orta tunc dövrünə (1 saylı), qalanları son tunc dövrünün erkən mərhələsinə aid olub. Bu abidələr 1981-ci ilin tədqiqatları zamanı öyrənilib.Джафаров Г. Ф. Исследование в бассейне реkи Инчечай. АО 1981, М., 1983, səh. 421

2 saylı kurqanın daş örtüyünün (hündürlüyü 2 m, diametri 24m) şimal-qərbində kurqan altında düzbucaqlı qəbir (4x2,5x1,5 m) açılıb. İçərisi müxtəlif ölçülü çay daşları ilə dolu olan qəbirin divarı gəc suvağı ilə bərkidilib. Qarət olunmuş qəbirdə ilkin anatomik vəziyyətdə pozulmuşdur. İnsan cəsədi qalıqları (dişi, qabırğa və lülə sümükləri) əsasında onun bükülü vəziyətdə dəfn olunması ehtimal olunur. Cənub divarı yaxınlığında qara rəngli, yuvarlaq gövdəli, səthində relyefli üfüqi xətt olan küpənin qırıqları tapılıb. Qab son tunc dövrünün erkən mərhələsi (e.ə. XIV–XIII əsrlər) üçün xarakterik olub Xocalının İshaq Cəfərzadə tərəfindən qazılmış 5 saylı kurqan materialarını xatırladır.Джафаров Г. Ф. Археологичесkие исследования в бассейне р. Тертерчай. АЭИА (1981). Баkы, "Elм", 1986, səh. 56–61

3 saylı kurqan Gəc və xırda çınqıl qatışıq böyük daşlardan örtüyə malik olan 3 saylı kurqanın (hündürlüyü 0,7 m, diametri 8 m) ətəyini əhatələyən kromlexin qərb hissəsində, daşların altında qırmızımtıl rəngli üç saxsı qabın sınıqları aşkar olunub. Əldə hazırlanmış qablar, kobud idi, gilində qum dənələri və ağzının kənarında batıq, çiyin hissəsində qabarıq paralel qoşa relyefli xətt vardır.

Kurqan altında, mərkəz hissədə düzbucaqlı qəbir kamerası (3x2x1,2 m) açılıb. Şərq divarında, tili qəbirə doğru, şaquli basdırılmış ağ əhəngdaşı lövhəsi qeydə alınıb. Belə dəfn mərasiminə Gəncəçayın son tunc və ilk dəmir dövrü abidələrində, habelə Xankəndi və Osmanbozunun ilk tunc dövrü kurqanlarında təsadüf olunub. Bütün hallarda daş lövhələr qəbrin şərq hissəsində tapılıb. Göstərilən misallar bu adətin Azərbaycanda qədim köklərə malik olmasını, onun uzun müddət yerli tayfaların dəfn mərasimində tətbiq edilməsini göstərir.

Tamamilə çürümüş insan cəsədi qalıqlarının tapıldığı qəbirdə avadanlıq olmayıb.

6 saylı kurqan

6 saylı kurqanın daş örtüyü (diametri 10 m, hündürlüyü 0,5 m) kromlexlə əhatə olunub. Kurqanın şimalında, örtük altında açılmış qəbirin (3x1.5x1 m) divarı gəc suvaqla bərkidilmiş, döşəməsi yastı daşlarla döşənmişdir. Qəbirdə yanı üstə bükülü dəfn olunmuş insan skeletinin qalıqları, onun yanında şarvari gövdəli, boz cilalı küpün sınıqları tapılıb. Kurqan e.ə. XIV–XIII əsrlərə aiddir. İncəçayın sol sahil zonasında, "Gen-dərə" qrupunun müxtəlif kurqanlarında aparılmış arxeoloji qazıntılar bu abidələrin tayfanın orta (2 saylı kurqan), yoxsul və çox yoxsul üzvlərinə mənsubdur. Avadanlıqlar yalnız saxsı qablardan ibarətdir. Gil qabların morfoloji xüsusiyyəti onları e.ə. XIV–XIII əsrlərə, son tunc dövrünün ilk mərhələsinə aid etməyə imkan verir. Borsunlu nekropoluna daxil olan kurqanların böyük qrupu İncəçayın sağ sahil zonasında yerləşir. Nekropolda qazılmış kurqanların böyük əksəriyyəti bu qrupa daxil olub və onların bir hissəsi 1983-cü ildə öyrənilib.Исследование у сел. Борcунлу. АО 1983 г. М., 1985, səh.485

7 saylı kurqan thumb|right|300px|Böyük Borsunlu kurqanından tapılmış gil qablar (küpələr) Hündürlüyü 1 m, diametri 12 m olan 7 saylı kurqan İncəçayın sağ sahilində, Borsunlu kəndinin cənub-şərq qurtaracağında yerləşir. Örtüyü müxtəlif ölçülü çay daşlarından, xırda çınqıl və şabalıdı rəngli torpaqdan ibarətdir.

Qəbrin divarı yumşaq keyfiyyətli əhəngdaşı lövhələrdən hörülmüş, yəni qəbir "üzlənmişdir". Daş lövhələrin qalınlığı 5–6 sm, uzunluğu 20–25 sm-dir. Hörgüdə birləşdirici məhlul kimi "gəcdən" istifadə olunub. Qəbir kamerasının kənarı iki cərgə düzülmüş böyük ölçülü çay daşları ilə haşiyələnib. Belə ki, Borsunlu nekropolunun yerləşdiyi sahə əsasən narın tərkibli çınqıl qatından ibarətdir. Qəbir divarının bərkidilməsi uçqunun qarşısını almaq məqsədli olub.Джафаров Г. Ф., Кесаманлы Г. П., Нариманов И. Г. Археологические раскопки в зоне страительства плотины Шамхорской ГЭС. АЭИА (1978). Баку, 1982, стр. 10

7 saylı borsunlu kurqanında tapılmış arxeoloji materiallar müxəlif tipli saxsı qab nümunələrindən ibarətdir ki, üstdən birinci təbəqədə bir ədəd (bikonik quruluşlu tək qulp küpə); ikinci təbəqədə 2 qab (silindrik boğazlı küpəciklər); üçüncü təbəqədə 8 qab qoyulmuşdur. Axırıncı təbəqənin saxsı qabları bikonik və ya şarşəkilli gövdəyə malik boz, qaramtıl və qırmızı rəngli tək və ya qoşa qulplu küpələrdən, cam və xeyrədən ibarətdir. Qablar Kür-Araz mədəniyyətinin erkən dövrü kurqanlarından aşkar olunmuş qablara məxsus xüsusiyyətlərini əks etdirir.

12 saylı kurqan 1983-cü ildə öyrənilmiş 12 saylı kurqan Borsunlu kəndinin cənubunda, İncəçayın sağ sahilində, "Göllər" adlı sahədə yerləşmiş abidələr qrupuna daxildir.Джафаров Г. Ф. Исследования у села Борсунлу. АО 1983 г. М., 1985, стр. 485

Ölülər qəbrin şimal, şimal-qərb, qərb, cənub və şərq günclərində, çox bükülü vəziyyətdə qoyulmuş və yandırılmışdır. Buradan tapılmış iri və xırda buynuzlu heyvanlara məxsus sümüklər də yanıb.

Qəbir avadanlığına kameranın müxtəlif hissələrində qoyulmuş 11 ədəd saxsı qab nümunələri — küpə, cam, bardaq və xeyrələr daxildir. Morfoloji xüsusiyyətləri ilə Xankəndi (103 və 119 saylı), habelə Borsunlu (7 saylı) kurqanı materialları ilə bir qrupa daxildirlər.