Hamaralın kayman () — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Hamaralın kaymanlar cinsinə daxil olan növ. Daxil olduğu cinsin iki növündən biridir.
Təsviri Hamaralın kayman bütün çağdaş timsah növləri arasında ən kiçiklərindən biridir. Erkəklərin uzunluğu 210 sm-ə, dişilər isə 150 sm-dən çox deyil. Ümumiyyətlə isə 160 sm-dən çox böyümürlər və çəkiləri 20 kq-dan azdır. Ən böyük nümunənin uzunluğu 1,72 m olmuşdur.
Bu növ kaymanların fərqli bir xüsusiyyəti, şaquli qara zolaqlı olan qəhvəyi gözlərdir. Bəzən gözlər qızılı sarı ola bilir. Timsahların belə bir göz rəngi olması çox nadirdir.
Yaşayış yeri və yaşayılması Arealı — Amazon ovalığı və Cənubi Amerikanın şimalından Karib dənizinə qədər olan ərazilər. Kaymanlar nisbətən sürətli cərəyanlara malik dayaz sulara üstünlük verir. Eyni zamanda durğun və dərin sulara da dözə bilirlər. Su basmış meşələrdə də aşkarlanırlar.
Fotoqalereya
İstinadlar
Xarici keçidlər
crocodilian.com: Paleosuchus palpebrosus Hamaralın kayman — Paleosuchus palpebrosus
Kateqoriya:Alliqatorlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Cənubi Amerika faunası