Jan Templin (; ilk adı Yanuş Templin olmuşdur; ) — hücumçu mövqeyində oynamış Fransa futbolçusu. Çempionlar Kubokunun ilk mövsümünün finalında vurulan qollardan birinin müəllifi.

Həyatı 1928-ci ildə müasir Belarus ərazisində, Baranoviçi şəhərində anadan olmuşdur (o zaman Polşa Respublikasının Novoqrudek voyevodalığı idi).

Futbolçu karyerasına Fransanın "Vilfranş Bojole" həvəskar klubunda başlamışdır. 1950-ci ildə yüksək liqanın "Reyms" klubuna keçdi. "Reyms"in forması ilə 150-dən çox oyuna çıxmış və iki dəfə Fransa çempionu olmuşdur, bundan başqa 1953-cü ildə Latın Kubokunun qalibi olmuşdur. 1955/56 mövsümündə klubla birlikdə Çempionlar Kubokunun ilk finalının iştirakçısı oldu. "Real Madrid"ə qarşı keçirilən oyun 3:4 hesabı ilə ispaniyalıların xeyrinə bitdi, Templin həmin oyunun 10-cu dəqiqəsində klubunun 2-ci qolunu vurmuşdur. Mövsüm bitdikdən sonra "Reyms"dən ayrıldı və 1956/57 mövsümündə başqa Liqa 1 klubu "Lans"da karyerasını davam etdirdi. 1957-ci ildə "Nansi" klubuna transfer olundu və həmin mövsüm Liqa 2-nin qalibi oldu, ancaq Liqa 1-dəki bir mövsümdən sonra Liqa 2-yə qayıtdı. 1959/60 mövsümünün sonunda karyerasını bitirdi.

Nailiyyətləri "Reyms"

Fransa çempionu: 1952/1953, 1954/1955 Fransa Superkuboku qalibi: 1955 Çarlz Draqo Kubokunun qalibi: 1954 Latın Kuboku qalibi: 1953 Çempionlar Kuboku finalçısı: 1955/56

"Nansi"

Liqa 2 qalibi: 1957/58

Xarici keçidlər

İstinadlar

T Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Reyms FK futbolçuları Kateqoriya:Lans FK futbolçuları Kateqoriya:Nansi FK (1901) futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Futbol hücumçuları