thumb|300px|Huntingtona görə mədəniyyətlər. Tünd göy rəng qərb dünyasını göstərir. thumb|300px|Avropa İttifaqı (tünd mavi) və namizəd ölkələr

Qərb dünyası, Qərb sivilizasiyası və ya sadəcə Qərb — dünyanın digər mədəniyyətlərinə nisbətən Avropa və Şimali Amerika, həmçinin də Avstraliya ilə Yeni Zelandiyanı göstərmək üçün istifadə olunan siyasi konsepsiya. Soyuq müharibə dövründə Qərb termini, Avropa və Şimali Amerikadakı kommunist olmayan ölkələri göstərmək üçün Qərb bloku olaraq istifadə edilmişdir.

Tərifləri

Soyuq müharibə dövründə kommunist olmayan ölkələrdə kommunist ölkələrə nisbətən daha çox hüquq və azadlığın olduğu iddiası ilə yaradılan Azad dünya konsepsiyası zamanla xüsusi ilə, Qərb ölkələri tərəfindən Qərb dünyası mənasında istifadə olunur. Bununla birlikdə, azad dünya tərifi ümumiyyətlə Yaponiya kimi Avropalı olmayan, ancaq müttəfiq demokratik ölkələri də əhatə edirdi, lakin demokratik olmayan, lakin soyuq müharibə dövründə Qərblə müttəfiq olan, xüsusilə Cənubi Amerika, Asiya və Afrikadakı ölkələri əhatə etmirdi.

Tarixçə

Bir çox tarixçilərə görə, Qərb sivilizasiyasının kökü Qədim Yunan və Roma mədəniyyətlərinə əsaslanır. Avropalıların Yeni dünyaya gəlişi ilə Avropa sivilizasiyası ABŞ və Kanada mədəniyyətlərinin də əsasını təşkil etdi.

Din

Bu gün Qərb dünyasının əksəriyyəti xristian dininə və bu dindən gələn mədəniyyətə mənsubdur.

Həmçinin bax Şərq dünyası

İstinadlar

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı

Bavaj, Riccardo: "The West": A Conceptual Exploration , European History Online, Mainz: Institute of European History, 2011, retrieved: 28 November 2011. Conze, Vanessa, Abendland, EGO – European History Online, Mainz: Institute of European History, 2017, retrieved: 8 March 2021 (pdf). Daly, Jonathan. "The Rise of Western Power: A Comparative History of Western Civilization " (London and New York: Bloomsbury, 2014). . Daly, Jonathan. "Historians Debate the Rise of the West" (London and New York: Routledge, 2015). . The Western Tradition homepage at Annenberg/CPB – where you can watch each episode on demand for free (Pop-ups required). Videos are also available as a YouTube playlist. J. F. C. Fuller. A Military history of the Western World. Three Volumes. New York: Da capo Press, Inc., 1987 and 1988. V. 1. From the earliest times to the Battle of Lepanto; . V. 2. From qThe Defeat of the Spanish Armada to Battle of Waterloo; . V. 3. From the American Civil War to the end of World War II; .

Kateqoriya:Soyuq müharibə terminləri Kateqoriya:Avropada siyasət Kateqoriya:Mədəniyyət konsepsiyaları Kateqoriya:Avropa tarixi Kateqoriya:Mədəni vilayətlər Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Avropa mədəniyyəti Kateqoriya:Siyasi coğrafiya Kateqoriya:Beynəlxalq münasibətlər terminologiyası