Aşçı Mehmed Paşa (ö. 1716) — II Mustafa və III Əhməd səltənətlərində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi.Sicill-i Osmani IV, səh. 15

Həyatı Dərya bəylərindən olub, əslən abxazdır. 1703-cü ilin yanvarında kaptan-ı dərya olsa da, 5 mart 1704-cü ildə vəzifədən alınaraq sancaqbəyliyinə gətirildi. 1713-cü ilin oktyabrında ikinci dəfə bu vəzifəyə gətirilsə də, həmin ilin dekabrında vəzifədən alındı. 1714-cü ildə Trablusqərb sancaqbəyi oldu və 1716-cı ildə burada vəfat etdi.

İstinadlar

Kateqoriya:1716-cı ildə vəfat edənlər Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri