Ukraynanın Macarıstan səfirliyi () — Ukraynanın Macarıstanın Budapeşt şəhərində yerləşən səfirliyi.
Vəzifələri Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
Tarixi 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1991-ci il noyabrın 6-da Ukrayna və Macarıstan dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1992-ci ildə isə Ukraynanın Macarıstan səfirliyi yaradıldı.
İstinadlar
Kateqoriya:Ukraynanın diplomatik nümayəndəlikləri Kateqoriya:Macarıstan–Ukrayna münasibətləri Kateqoriya:Budapeşt tikililəri