Hüquq sosiologiyası — hüquq institutunun digər sosial qurumlarla qarşılıqlı əlaqəsini araşdıran sosiologiyanın bir sahəsi. Hüquq sosiologiyasının maraq dairəsinə hüquq normalarının genezisi, dinamikası, quruluşu, habelə sosial şərtləndirmə və cəmiyyətdəki rolunun öyrənilməsi daxildir. Hüquq sosiologiyası kriminologiya, sosial mühəndislik və hüquq antropologiyası ilə sıx bağlıdır.
Tarixi "Hüquq sosiologiyası" konsepsiyası ilk dəfə Dionisio Antsilotti tərəfindən 1892-ci ildə təqdim edilmişdir və 1913-cü ildə "Hüquq Sosiologiyasının əsasları" adlı əsər avstriyalı Oyhen Erlix tərəfindən nəşr edilmişdir. Daha sonra, hüquq sosiologiyası Maks Veber, Emil Durkhaym və Leon Düqinin araşdırmaları sayəsində inkişaf etdi. Xüsusilə, Maks Veber və Emil Durkhaym qanunların ictimai münasibətlərə təsirini araşdırdılar.
Hüquq sosiologiyası anlayışları Hüquq sosiologiyası və hüquq elmləri mövzusu tez-tez təmasda olur, lakin müəyyən hüquqi münasibətlərin öyrənilməsinə yanaşmalar çox fərqlidir. Hüquq elmini ilk növbədə sosial münasibətlərin hüquqi forması maraqlandırır, sosiologiya isə bu münasibətlərin sosial funksiyaları və digər qeyri-hüquqi aspektləri ilə maraqlanırКондаков А. Неюридические подходы к изучению права // Общество и право: исследовательские перспективы : [сборник статей] / ред.-сост. А. Кондаков. — СПб.: Центр независимых социологических исследований, 2015..
İstinadlar
Kateqoriya:Sosiologiyanın sahələri Kateqoriya:Sosiologiyanın fənlərarası alt sahələri