Xoakin Peyro Lukas (; ) ― hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş İspaniya oyunçusu və məşqçisi. Peşəkar karyerasının başladığı və sona çatdığı "Atletiko Madrid" klubunda çıxış edərkən o, səkkiz La Liqa mövsümü ərzində 166 oyuna 95 qol vurmağı bacarmışdır. Daha sonra o, İtaliyaya köçdü və 10 il ərzində 3 müxtəlif klubun şərəfini qorudu. O, İspaniya millisini iki Dünya Kubokunda təmsil etmişdir.

1978-ci ildən başlayaraq 30 ilə yaxın Peyro məşqçi kimi işləməyə başladı.

Oyunçu karyerası

Klub Madrid şəhərində anadan olan Peyron "Atletiko Madrid"ə məxsus olsa da, icarə əsasında "Real Mursiya"da çıxış edirdi və məhz bu klubda peşəkar oyunçu debütunu etmişdir. Doğma şəhərinin klubunda isə o, 1955–66 mövsümündə 16 tam La Liqa matçı keçirərək nəticədə turnirdə beşinci yeri tutdu və beləcə klubun əsas oyunçusuna çevrildi. O, hücum xəttinin önəmli oyunçusu idi və UEFA Kuboklar Kuboku 1961/1962 mövsümünün "Fiorentina" qarşı keçirilən hər iki final oyununda (1–1 birinci oyunda, 3–0 cavab oyunda) qol vurmuşdur.

Paytaxt klubunda keçirdiyi son mövsümdə (1962–63) 3 oyuna 6 qol vurdu və mövsümü bitirmədən "Torino"ya transfer olundu və beləliklə Luis Suarezdən sonra Seria A-da oynamış ikinci ispaniyalı oldu, daha sonra o, "İnter" klubuna keçərək "Grande Inter" adlanan heyətin bir üzvü oldu və Elenio Erreranın başçılıq etdiyi dönəmdə 1965 Çempionlar Kubokunun qalibi oldu. Müvəfəqiyyətli kampaniya zamanı o, "Liverpul"a qarşı keçirilən yarımfinal mərhələsinin cavab oyununda qol müəllifi olmuşdur (Enfild stadionunda keçirilən ilk oyunda hesab 1–3 ingilis klubunun xeyrinə bitmişdir, bu oyun isə 3–0).

İtaliyada Peyro ən çox il "Roma"da keçirtdi və klubla İtaliya Kubokunu qazandı, burada o, hətta kapitan elan olunmuşdur.

Milli komanda 10 il ərzində çıxış etdiyi millinin heyətində o, 12 oyuna 5 qol vurmuşdur. İlk oyunu 3 iyun 1956-cı ildə cəmi 20 yaşında 1–3 hesablı məğlubiyyətlə bitən Portuqaliyaya qarşı yoldaşlıq oyununda keçirtdi və ispaniyalıların yeganə qolunun müəllifi oldu. O, Çilidə keçirilən 1962 FİFA Dünya Kubokunda iştirak edərək yalnız Meksika komandasının qapısına yol tapmışdır, bundan başqa o, İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunda iştirak etmişdir. Hər iki turnirdə komanda qrup mərhələsini aşa bilmədi.

Milli komanda qolları

+#TarixMəkanRəqibHesabNəticəYarış1.3 iyun 1956Xamor, Lissabon, Portuqaliya2–13–1Yoldaşlıq oyunu2.15 may 1960Santiaqo Bernabeu, Madrid, İspaniya1–03–0Yoldaşlıq oyunu3.17 iyul 1960Milli stadion, Santyaqo, Çili0–41–4Yoldaşlıq oyunu4.18 may 1961Santiaqo Bernabeu, Madrid, İspaniya1–01–11962 FİFA Dünya Kuboku seçmə mərhələsi5.3 iyun 1962Sausalito, Vinya-del-Mar, Çili1–01–01962 FİFA Dünya Kuboku

Məşqçi karyerası Peyro məşqçiliyə 1978-ci ildə "Atletiko"nun rezerv komandasıyla başladı və iki il sonra onlarla ikinci futbol divizionuna yüksəldi. Daha sonra, bir müddət ikinci və üçüncü səviyyə divizyonlarda "Qranada"ya rəhbərlik etdi və bu klubu əsas liqaya çıxarda bildi.

1989–90 mövsümündə o, "Atletiko Madrid"in mövsüm ərzində təyin etdiyi 3 məşqçidən biri idi, klub sonda liqada 4-cü yeri tuta bildi. Karyerasında bir ara fasilə verdikdən sonra ikinci divizionda işləməyə davam etdi.

Peyronun məşqçi kimi ən böyük müvəffəqiyyəti 1999-cu ildə 63 yaşında "Malaqa" klubu ilə ikinci divizyonun çempionu qismində yüksək çempionata çıxması oldu. Daha sonra, əndəlüslülər 2002 UEFA İntertoto Kubokunu qazandı və sonrakı UEFA Kubokunun dörddəbir finalına çıxdı.

Peyronun məşqçi kimi çalışdığı son iş yeri "Real Mursiya" oldu ki, mövsüm bitməmiş o, istefaya göndərildi, klub isə sonda aşağı divizyona düşdü.

Ölümü Sağlamlıq problemləri ilə illərlə mübarizə aparan Peyro, 84 yaşında Madriddə vəfat etdi.

Nailiyyətləri

Oyunçu kimi Mursiya

Sequnda divizyonu: 1954–55

Atletiko Madrid

Kopa del Generalísimo: 1959–60, 1960–61 UEFA Kuboklar Kuboku: 1961–62

İnter

Seria A: 1964–65, 1965–66 Çempionlar Kuboku: 1964–65 Qitələrarası kubok: 1964, 1965

Roma

İtaliya Kuboku: 1968–69

Məşqçi kimi Malaqa

Sequnda divizyonu: 1998–99 UEFA İntertoto Kuboku: 2002

İstinadlar

Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Atletiko Madrid FK futbolçuları Kateqoriya:Real Mursiya FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:1962 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1966 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:La Liqa məşqçiləri Kateqoriya:İspaniya ikinci B futbol divizionunun məşqçiləri Kateqoriya:İspaniya ikinci futbol divizionunun məşqçiləri Kateqoriya:Atletiko Madrid FK məşqçiləri Kateqoriya:Atletiko Madrid B FK məşqçiləri Kateqoriya:Qranada FK məşqçiləri Kateqoriya:Figeras FK məşqçiləri Kateqoriya:Real Mursiya FK məşqçiləri Kateqoriya:Badaxos FK məşqçiləri Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya B milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Madriddə doğulmuş futbolçular