Dünyanın Tarixi Şəhərləri Liqası — nadir mədəniyyəti və ənənələri, zəngin tarixi irsi olan şəhərlərin meriyaları tərəfindən yaradılmışdır. Bu təşkilat mədəniyyət, tarix, incəsənət, ekologiya sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə 1994-cü ildə qurulmuşdur. Hazırda Dünyanın Tarixi Şəhərləri Liqasında planetimizin 126 şəhəri vardır.
Şəhərlər Akra Aleksandriya Algiers Amsterdam Andong Afina Bağdad Ballarat Barselona Bordo Boston Bratislava Brüssel Budapeşt Buyeo Chengdu Chiang Mai Cologne Kordoba Krakov Cusco Dijon Dublin Edinburq Fez Florensiya Cenevrə Quadalaxara Gongju Gyeongju The Hague Hanoi Helsingborg Hue Iasi İsfahan İstanbul Qüds Kaesong Katmandu Kazan Kiyev Konya Kyoto Lahore Lissabon Lutsk (Ukraine) Lvov Melburn Mexico City Minsk Montpellier Monreal Nanjing Nara Nikosia Norwich Norwood Payneham and St Peters Odessa Osmanqazi Paris Praqa Kvebek Riqa Roma Santyaqo de Kompostela Şəki (Azərbaycan) Daşkənd Tunis Ulan Bator Varanasi Vyana Xian Yangon Yogyakarta Zaqreb Zhengzhou Sürix
Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.Azərbaycanın Şuşa şəhəri 14–16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində baş tutan18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Tarixi Şəhərlər Liqasına daxil edilmişdir.
Həmçinin bax Şuşa Şəki
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şəhər Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Mədəni irs təşkilatları