"Kadın" () — Osmanlı dövründə yayımlanan, Anadolu türkcəsində olan ilk qadın jurnalı.
Tarix 1908–1909-cu illərdə Osmanlı imperiyasının Saloniki şəhərində (indiki Yunanıstan) yayımlanan jurnal ölkədəki qadınların təhsil vəziyyəti, onların ictimai həyatda fəaliyyəti və təşkilatı jurnalın gündəmindəki əsas mövzular idi. Jurnalın ilk nömrəsi 13 oktyabr 1908-ci ildə yayımlanmış, ilk 30 nömrəsinin imtiyaz sahibi Mustafa İbrahim, müdiri isə Aka Gündüz idi. "Əsr Mətbəəsi"ndə nəşr olunan jurnal həftəlik olaraq bazar ertəsində nəşr olunurdu.
Osmanlı Qadınları Şəfqət Cəmiyyətinin mətbuat orqanı olan jurnal qızlar məktəblərinə ödənişsiz göndərilirdi. Abunəçilik həm mərkəzi, həm də qıraq vilayətlərə açıq idi, abunə haqqı isə abunəçinin nəşriyyata olan məsafəsinə görə müəyyən edilirdi. Dövrün Babı-Ali kitab mağazalarından biri olan "İqbal" və "Cəmiyyət" kitabxanaları jurnalın ilk mərhələlərində satıldığı yerlər idi. Orta hesabla hər nömrəsi 16 səhifə olan jurnalda reklamlar olurdu və şəkilli idi.
Jurnalın redaksiya heyəti əsasən "Gənc Qələmlər" redaktorlarından ibarət idi. Əli Canib Yöntəm, Ömər Seyfəddin, Mustafa Nermi, Akil Qoyuncu, Mehmet Cavid, Baha Tofiq, Əbdülhaq Hamid Tərxan, Mehmet Əmin Yurdaqul, Hüseyn Raqıb, Cəlal Sahir və Abdulla Cövdət kimi kişi yazıçılar jurnalın redaktorlarından olsalar da, Nigar xanım, Fatma Seniye, Müjqan binti-Abdullah, Rəfiyyə Şükran, Rafizə Hüsna, Sidiqə, Evliyazadə Naciyə kimi qadın yazıçılar da burada fəaliyyət göstərmişdir.
İstinadlar
Mənbə
Kateqoriya:Həftəlik jurnallar Kateqoriya:Türk dilində jurnallar Kateqoriya:Qadın jurnalları