Bari FK () – İtaliyanın Bari şəhərini təmsil edən futbol klubu.
1908-ci ildə qurulmuşdur. Ev oyunlarını 58.270 tamaşaçı tuta bilən San Nikola stadionunda oynayır. Klub hazırda İtaliyanın B Seriyasında çıxış edir.
Tarixi XX əsrin 30–40-cı illəri klub tarixinin ən uğurlu dövrü hesab olunur. Bu zaman kəsiyində komanda A Seriyasının daimi iştirakçısı olmuş, 1947-ci ildə isə klub, A Seriyasında 7-ci yerdə qərarlaşmışdır.
1950-ci illərdən başlayaraq klub zəifləyir. Bu dövrdə klub A Seriyasında cəmi 5 mövsüm keçirdir (1958–61, 1963–64 və 1969–70).
1974-cü ildə komanda C seriyasına qədər düşür. 70-ci illərin sonlarında komanda təkrar A Seriyasına qayıdır. Ancaq burada uzun müddət qalmır və təkrar elita ilə vidalaşır. thumb|324x324px| San Nikola Stadionu 1989-cu ildə klub təkrar A Seriyasına yüksəlir. 1990-cı ildə komanda A Seriyasında 10-cu yeri tutmağı bacarır. Bu, komandanın Della Vittoriya stadionunda keçirdiyi son mövsüm olur və növbəti mövsüm klub San Nikola stadionuna köçür.
2010/11 mövsümünün sonunda Bari A Seriyasında sonuncu olur və B Seriyasına düşur. Klub rəhbərliyinin bir neçə lider oyunçunu saxlamağı və bir sıra gələcək bəxş edən futbolçularla müqavilə imzalamağına baxmayaraq, Apulialılar 2011/12 mövsümündə elitaya çıxmağı bacarmır. Ardınca klubda maliyyə problemləri baş qaldırmışdır. 2017/18 mövsümünün sonunda klub peşəkar statusundan məhrum edilir və maddi səbəblərdən D Seriyasına göndərilir.
2018-ci ildə Napoli futbol klubunun və Filmauro film şirkətinin sahibi Aureliyo De Laurentis Bari klubunu yenidən yaratmaq hüzququnu qazanır və klubun fəaliyyətini bərpa edir.
Titulları Seriya B : (3)
Qalib : 1934–35, 1941–42, 2008–09 2-ci yer : 1930–31, 1933–34, 1957–58, 1962–63, 1988–89, 1993–94 A Seriyasının çıxışı : 1968–69, 1984–85, 1996–97, 2008–09
Mitropa Kuboku (1):
Qalib : 1990
Liqalarda Mövsum sayı Liqa Mövsüm sayı Debüt Son mövsüm A 31 1928–1929 2010–2011 B 41 1926–1927 2017–2018 C 8 1951–1952 1983–1984 D 3 1952–1953 2018–2019
Məşhur Oyunçuları Nikola Ventola Cianluka Zambrotta Leonardo Bonuççi Massimo Donati Antonio Kassano Simone Perrotta Gordon Cowens Devid Platt Zvonimir Boban Robert Yarney Vitali Kutuzov
İstinadlar
Xarici keçidlər Rəsmi Facebook Azarkeş saytı
Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:Bari FK Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları