Rəna Mahmud qızı Əfəndizadə () — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979).
Həyatı Rəna Əfəndizadə 29 noyabr 1929-cu ildə Bakıda anadan olmuşdur. 1954-cü ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1963-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlamış, 1989–1998-ci illərdə şəhərsalma və müasir memarlıq şöbəsinə rəhbərlik etmişdir. 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Uzun müddət Azərbaycan Memarlar İttifaqının idarə heyətinin üzvü olmuşdur.
Rəna Əfəndizadə bir sıra yaşayış evlərinin layihə müəllifidir. Azərbaycan və Bakının memarlığı və şəhərsalma məsələlərinə həsr olunmuş 50-dən artıq əsərin, eləcə də 5 monoqrafiyanın müəllifidir.
Təltif və mükafatları "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979 "Şərəf nişanı" ordeni — 1986 "Şöhrət" ordeni — 19 aprel 2000 Akademik Mikayıl Hüseynov mükafatı — 2012 2-ci dərəcəli "Əmək" ordeni — 28 noyabr 2019
İstinadlar
Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycanlı memarlar Kateqoriya:Azərbaycanın qadın memarları Kateqoriya:Azərbaycan Memarlar İttifaqının üzvləri Kateqoriya:Azərbaycan memuarçıları