Murat Ülkər (; ) — Türk iş adamı, şirniyyatcı və Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrikanın ən böyük qida şirkəti olan Yıldız holdinqin idarə heyətinin sədri. Yıldız, Godiva Chocolatier, Pladis və Sok kimi şirkətləri əhatə edir. 2018-ci ildə Ülker 4.8 milyard dollar sərvəti ilə Türkiyənin ən zəngin iş adamı seçilmişdir. Bioqrafiyası Murat Ülkər 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində "şokolad kralı" Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. "İstanbul Erkek Lisesi"-də və Boğaziçi Universitetində təhsil almışdır. 1982-ci ildə Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsil alır. ABŞ-da Continental Baking Company-də təcrübə . Ülker eyni zamanda Beynəlxalq İcraçı Xidmət Korpusunun müxtəlif layihələrində iştirak etmişdir.
Yıldızda işləməsi 1984-cü ildə Ülker nəzarət koordinatoru olaraq Yıldız Holdinqin bir hissəsi olan Ülker qida şirkətinə qatılır. Sonrakı illərdə Enterprises üçün general direktor köməkçisi, daha sonra general direktor vəzifəsini icra edir. 2000-ci ildə Ülker Yıldız Holdinqin icraçı direktoru olur və 2008-ci ildə general firektor vəzifəsinə başlayır. Yıldız başçılığı altında işini genişləndirir və 2008-ci ildə GODIVA Chocolatier və 2014-cü ildə United Biscuits daxil olmaqla bir neçə satınalma edir. 2016-cı ildə Yıldız, üç markanı birləşdirən yeni bir qlobal müəssisə, pladis qurulur: Ülker, United Biscuits və DeMet's Candy Company. Xeyriyyə 2009-cu ildə Ülker ailəsi qida istehlakı sahəsində xalq sağlamlığını inkişaf etdirmək üçün Sabri Ülkər Vəqfini qurdu.
2014-cü ildə Ülker ailəsi Harvard Universitetinə 24 milyon dollar bağışlayır. T.H.Çan Xalq Sağlamlığı Məktəbində Sabri Ülkər Qidalandırıcı, Genetik və Metabolik Tədqiqatlar Mərkəzinin qurulması üçün 10 il ərzində paylanan maliyyə təminatı edir. Mərkəz şəkərli diabet və ürək-damar xəstəlikləri olan insanlara kömək etmək üçün xroniki və mürəkkəb xəstəliklərlə məşğul olur.
Ülkər 1993-cü ildə Ülker basketbol klubunun yaradılmasında iştirak edir. Klub altı dəfə Prezident kubokunu, üç dəfə Türkiyə kubokunu qazanır. Ülkər həmçinin Euroleague Cup və Korac Cup dörddəbir finalına yüksəlir. Ülkər on il ərzində Fənərbaxça Stadionunu Şükrü Saraçoğlu adını daşımasına izin alır. Ülkər idman arenasına da sponsorluq etmişdir. İş adamı əvvəllər digər futbol klublarını da dəstəkləyirdi, lakin sonradan sponsorluğunu dayandırmışdır.
Murat Ülkər bir sənət toplayıcısıdır. 2012-ci ildə onun dəstəyi ilə İstanbulda çağdaş türk sənətkarlarının əsərlərindən ibarət bir sərgi keçirilmişdir.
Şəxsi həyatı Murat Ülkər üç uşaq atasıdır və İstanbulda yaşayır. İstinadlar
Kateqoriya:Türkiyə sənayeçiləri