Laşa Bekauri () — Gürcüstanlı cüdoçudur. Gürcüstan adından beynəlxalq turnirlərdə yarışır. Son qələbələri arasında 2019 Dünya Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer və eyni zamanda 2019 Avropa Gənclər Çempionatında 90 kq çəki dərəcəsində birinci yer var. Xatırladaq ki, Laşa Bekauri 2018-ci ildə Baham adalarının paytaxtı Nassauda keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının qalibi də oldu. 2021-ci ildə Qətərin Doha şəhərində keçirilən 2021 cüdo üzrə 90 kq çəkidə Dünya Mastersində kişilər arasında bürünc medallardan birini qazandı.Bir ay sonra İsrailin Tel-Əviv şəhərində təşkil olunan 2021 cüdo Grand Slam Tel Əvivində qızıl medal qazandı.

Haqqında 8 dekabr 2019-cu ildə Laşa Bekauri Facebook-da polis məmurlarını zorakılıq və fiziki zorakılıqda günahlandıran bir yazı yayımladı.Dövlət Müfəttişliyi, cüdoçu Laşa Bekauri'ye qarşı mümkün polis zorakılığı ilə əlaqədar istintaq başlatdı eyni zamanda Daxili İşlər Nazirliyi, Laşa Bekauri-yə qarşı İnzibati Xətalar Məcəlləsinin ikinci maddəsi ilə istintaq başlatdı.

İstinadlar

Kateqoriya:Cüdo üzrə Avropa çempionları Kateqoriya:Cüdo üzrə dünya çempionları Kateqoriya:2024 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:2020 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Cüdo üzrə Avropa Oyunları medalçıları Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Gürcüstanın kişi cüdoçuları Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar