Qurban Osman oğlu Qurbanov () — Azərbaycan futbol mütəxəssisi, keçmiş futbolçusu, əməkdar məşqçi. Futbolçu kimi hücumçu mövqeyində oynamışdır. 2017–2018 illər arasında Azərbaycan millisinin baş məşqçisi olmuşdur.
Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın" Zaqatala, "Turan" Tovuz, "Kür-Nur" Mingəçevir, "Neftçi" Bakı, "İnter" Bakı, Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" Stavropol, "Fakel" Voronej, "Baltika" Kalininqrad, "Volqar" Həştərxan klublarında çıxış edib. Dörd dəfə Azərbaycan Premyer Liqasının, bir dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub.
1992–2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 68 oyun keçirib və 14 qol vurub. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006–2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə altı dəfə Azərbaycan Kubokunun qalibi olub, on dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.
Erkən həyatı və ailəsi Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində fəhlə ailəsində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban, valideynlərinin sonuncu övladıdır.
Orta təhsilini Aşağı Tala kəndində alıb. 1979-cu ildən birinci sinfə Aşağı Tala 5 saylı səkkiz illik məktəbdə başlayıb, son iki sinfi 3 saylı orta məktəbdə davam edib.Ləman Mustafaqızı. "Daşı götürüb qaçdım müəllimin dalınca" — "MƏKTƏB İLLƏRİ" . lent.az, 21.10.2014.
Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu "Daşqın" Zaqatala klubuna gətirib. 9-cu sinfi bitirəndə həmin klubda əsas heyətdə oynamağa başlayıb.
1989-cu ildə atası, 2017-ci ildə isə anası vəfat edib. 2000-ci ildə ailə həyatı qurub.Гурбан Гурбанов сыграл свадьбу Qurbanovun üç övladı var — qardaşının adını daşıyan Musa, Zəhra və anasının adını daşıyan Güləbatın. Musa "Qarabağ" futbol klubunun və Azərbaycan millisinin oyunçusudur.Сын Гурбана Гурбанова забил четыре мяча испанскому клубу Qardaşı Musa Qurbanov da peşəkar futbolçu olub.Муса Гурбанов: "Не хочу работать тренером под руководством своего младшего брата"
Futbolçu karyerası
Klub karyerası
1990-cı illər Futbolun sirlərinə "Daşqın" Zaqatala komandasında yiyələnib. 1990–1991-ci illərdə "Daşqın" komandasında 63 oyun keçirib və 23 qol vurub. 1991/92 mövsümündə Gürcüstanın "Alazani" klubunda çıxış edib. Bu klubda 17 oyunda meydana çıxıb və 4 qol vurub.
1992–1993-cü illərdə yenidən "Daşqın" klubunda çıxış edib. 1992-ci ildə "Daşqın"ın heyətində 23 oyuna çıxıb və 13 dəfə fərqlənib. 1993 mövsümündə isə 16 oyun keçirib və 11 dəfə fərqlənib. 1993-cü ildə "Turan"a transfer olunub. 1993/94 mövsümündə Turanda 29 oyunda meydana çıxıb və 9 qol vurub. Həmin mövsüm Qurban Qurbanov "Turan"ın heyətində Azərbaycan çempionu olub. Bu, onun futbolçu karyerasındakı ilk titul olub. Qurban Qurbanov 1994/95 mövsümündə isə 10 oyunda meydana çıxaraq 3 qol vurub. 1994/95 mövsümünü Qurban Qurbanov "Turan" komandası ilə birlikdə gümüş medallar qazanaraq tamamlayıb.
1995/96 mövsümündə 1-ci dövrəni "Turan"da keçirmişdir. Həmin mövsümün 2-ci dövrəsində Mingəçevirin "Kür-Nur" klubunda çıxış edib. "Kür-Nur"da 12 oyun keçirib və 4 qol vurub. 1996-cı ildə "Neftçi" klubuna transfer olunub. 1996/97 mövsümündə "Neftçi"nin heyətində 30 oyuna 34 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub.
UEFA Kuboku 1996/1997 mövsümündə Bolqarıstanın "Lokomotiv" Sofiya klubu ilə birinci təsnifat mərhələsinin oyunlarında 17 iyul 1996-cı ildə keçirilən ev və 24 iyulda keçirilən səfər qarşılaşmasında "Neftçi"nin heyətində oyunu əvəzolunmadan keçirib. İki oyunun nəticəsinə görə 2–7 (2–1, 0–6) hesabı ilə uduzan Neftçi mübarizəni dayandırıb.
1997/1998 mövsümündə 13 oyun keçirib və 9 qol vurub. 1997/98 mövsümündə "Neftçi"nin heyətində UEFA Çempionlar Liqasının oyunlarında meydana çıxıb. 23 iyul 1997-ci ildə Polşanın "Vidzev" klubu ilə ev oyununu əvəzolunmadan keçirib, bu oyunda "Neftçi" 0–2 hesabı ilə məğlub olub. Bir həftə sonra 30 iyulda keçirilən səfər qarşılaşmasında da əsas heyətdə meydana çıxıb, bu oyunda Qurbanov 51-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb və 81-ci dəqiqədə Xaqani Məmmədovla əvəzlənib. Bu oyunda "Neftçi" 8–0 hesabı ilə məğlub olub. İki oyunun nəticəsinə görə "Neftçi" mübarizəni dayandırıb. "Neftçi" klubunda 1996–1998-ci illərdə 43 oyun keçirib və 43 qol vurub.
1998-ci ilin yanvarında Rusiyanın "Dinamo" Stavropol klubu ilə müqavilə imzalayıb. 1999-cu ilin qışında, müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən klubdan ayrılıb. "Dinamo"da 36 oyunda meydana çıxıb və 17 qol vurub.
1999-cu ildə 1-ci dövrədə "Baltika" Kalininqrad klubunda çıxış edib (müqavilə şərtlərinin yerinə yetirilməməsi səbəbindən yenidən komandadan ayrılıbГурбанов и Керимов покинули Калининград ). "Baltika" klubunda 14 oyun keçirib və 1 qol vurub. 2-ci dövrədən isə "Fakel" Voronej klubunda oynayıb və bu kluba yüksək liqaya çıxmasına kömək edib. Qurbanov bu müddət ərzində "Fakel" klubunda 12 oyuna 8 qol vurub.
2000-ci illər Qurban Qurbanov 2000–2001-ci illərdə Rusiyanın "Fakel" Voronej klubunda çıxış edib, 25 oyun keçirib və 2 qol vurub. Lakin "Fakel"dəki sonrakı karyerasını aldığı bir sıra zədələr səbəbindən davam etdirə bilməyib.
2001-ci ildə Qurbanov yenidən Azərbaycanın "Neftçi" Bakı klubuna transfer olunub. UEFA Kuboku 2001/2002 mövsümündə "Neftçi"nin heyətində çıxış edib. 9 avqust 2001-ci ildə Sloveniyanın "ND Qoriça" klubu ilə keçirilən ev oyununu əvəzolunmadan keçirib, bu oyun 0–0 hesabı ilə başa çatıb. 23 avqust 2000-ci ildə səfər oyununda da 90 dəqiqə meydanda olub. Qurban Qurbanov oyunun ikinci hissəsinə əlavə olunmuş 2-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub. Bu oyunda "Neftçi" 1–0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 2001–2002-ci illərdə "Neftçi"nin heyətində 14 oyun keçirib və 9 qol vurub.
2002-ci ildə yenidən "Fakel" Voronej klubunda çıxış edib, 28 oyunda meydana çıxıb və 7 qol vurub. 2003-cü ildə digər Rusiya klubuna, "Volqar-Qazprom"a keçib. Bu klubda 21 oyun keçirib və qol vurmayıb.
2003-cü ildə yenidən "Neftçi" klubuna qayıdıb. 9 may 2004-cü ildə Azərbaycan Kubokunun finalında "Şəmkir" ilə qarşılaşmada "Neftçi"nin heyətində meydana çıxıb, bu oyunda "Neftçi" 1–0 hesabı ilə qələbə qazanaraq kuboka sahib çıxıb. 2003/04 mövsümündə Neftçinin heyətində 4 oyun keçirib və 4 qol vurub.
21 iyul 2004-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda Bosniya və Herseqovinanın "Şiroki Briyeg" klubu ilə qarşılaşmada kapitan kimi meydana çıxıb. "Neftçi" 1–0 hesabı ilə qələbə qazanıb, iki oyunun nəticəsinə görə "Neftçi" növbəti mərhələyə çıxıb. İkinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi Rusiyanın "ÇSKA" Moskva klubu olub. 27 iyul 2004-cü ildə keçirilən və 0–0 hesabı ilə başa çatan ilk oyunda Qurban Qurbanov sonadək meydanda olub. 4 avqust 2004-cü ildə cavab qarşılaşmasında da "Neftçi"nin heyətində meydana çıxıb. Bu oyunda "Neftçi" 2–0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. 2004/05 mövsümündə Neftçinin heyətində 23 oyun keçirib və 10 qol vurub.
11 sentyabrda "Gənclərbirliyi" Sumqayıt klubu ilə 4-cü tur oyununda 10-cu və 65-ci dəqiqədə iki qol vuraraq dubl edib. Oyun 3–0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. 16 oktyabr 2004-cü ildə çempionatın 7-ci turunda "MKT-Araz" klubu ilə oyunda 36-cı dəqiqədə oyunda ilk qolu vurub, oyun 0–1 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Azərbaycan çempionatının 28-ci turunda MOİK klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı açıb, oyun bu hesabla başa çatıb. 25 aprel 2005-ci ildə "Şahdağ Samur" klubu ilə oyunda 86-cı dəqiqədə oyunda yeganə qolu vurub. 20 may 2005-ci ildə ölkə çempionatının 33-cü turunda "Turan" Tovuz klubu ilə qarşılaşmada 85-ci dəqiqədə qol vuraraq hesabı 2–1 edib və komandasına qələbə qazandırıb.
2005-ci ildə "Neftçi" klubundan ayrılaraq "İnter" klubuna keçib.
21 avqust 2005-ci ildə Azərbaycan çempionatının 2005/06 mövsümünün ikinci turunda "Karvan"la oyunda 30-cu dəqiqədə 11 metrlik cərimə zərbəsindən qol vuraraq hesabı 1–1 edib, oyun 2–1 hesabı ilə "İnter"in xeyrinə başa çatıb. Bu qol Qurbanovun "İnter" karyerasında yeganə qolu olub. Qurban Qurbanov "İnter"də cəmi 3 oyun keçirib.
Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında — 33 yaşında bitirib. 2005-ci ilin noyabrında Qurbanovun vida oyunu keçirilib. Bu oyunda Azərbaycan milliləri və Azərbaycan Premyer Liqasının legionerləri iştirak ediblər.
Statistika KlubÇempionatMövsümLiqaKubokAvropaCəmiOyunQolOyunQolOyunQolOyunQolDaşqın ZaqatalaSovet İkinci Liqası1990–91????006323Cəmi????006323AlazaniUmaqlasi Liqa1991–92????00174Cəmi????00174Daşqın ZaqatalaAzərbaycan Çempionatı19922313000023131993????001611Cəmi????003924Turan TovuzAzərbaycan çempionatı1993–94????002991994–95????001031996????00158Cəmi????005420Kür-Nur MingəçevirAzərbaycan çempionatı1995–96????00124Cəmi????00124Neftçi BakıAzərbaycan çempionatı1996–97????1030341997–98????20139Cəmi????304343Dinamo StavropolRusiya çempionatı1998??????3617Cəmi??????3617Baltika KalininqradRusiya çempionatı1999??????141Cəmi??????141Fakel (Voronej)Rusiya çempionatı1999??????1282000??????1612001??????91Cəmi??????3710Neftçi BakıAzərbaycan çempionatı2001–02????20149Cəmi????20149Fakel VoronejRusiya çempionatı2002??????287Cəmi??????287Volqar-Qazprom HəştərxanRusiya çempionatı2003??????210Cəmi??????210Neftçi BakıAzərbaycan çempionatı2003–04??????442004–05????302310Cəmi??????2714İnter BakıAzərbaycan çempionatı2005–0631000031Cəmi31000031 Cəmi SSRİ??????6323 Gürcüstan??????174 Azərbaycan??????182115 Rusiya??????13635 Karyera cəmi??????398177
Milli komanda karyerası 17 iyul 1992-ci ildə Azərbaycan milli futbol komandasının ilk oyununda meydana çıxıb. Gürcüstan milli futbol komandası ilə qarşılaşmada 46-cı dəqiqədə Musa Qurbanovu əvəz edərək meydana daxil olub.
8 iyun 1993-cü ildə EKO Kuboku turnirində Qazaxıstanla qarşılaşmada 10-cu dəqiqədə hesabı açıb və 25-ci dəqiqədə 2-ci qolu vuraraq hesabı 1–2 edib. Oyun 3–3 hesabı ilə başa çatıb. Bu Qurban Qurbanovun milli komanda karyerasında ilk qolu və ilk dublu idi.
UEFA Avropa Kuboku 1996-ın seçmə mərhələsində 11 oktyabr 1995-ci ildə İsraillə səfər və 15 noyabr 1995-ci ildə Polşa ilə ev oyunlarında meydana çıxıb. İsraillə oyunda 70-ci dəqiqədə, Polşa ilə oyunda isə 69-cu dəqiqədə Vidadi Rzayevi əvəz edərək meydana daxil olub.
Qurban Qurbanov Azərbaycan millisinin heyətində FİFA Dünya Kuboku 1998-in seçmə mərhələsində də iştirak edib. 7 oyunda meydana çıxıb, qol vurmayıb.
2000-ci il Avropa çempionatının seçmə mərhələ oyunlarında da milli komandanın heyətində meydana çıxıb. 5 iyun 1999-cu ildə Bakıda Lixtenşteyn komandası ilə oyunda 16-cı dəqiqədə hesabı açıb, oyun 4–0 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Bu qol Qurbanovun seçmə mərhələdə yeganə qolu olub. Cəmi 7 oyuna çıxıb.
2000-ci ilin fevral ayında Albaniyada keçirilən Rothmans Turnirində millinin heyətində Albaniya və Andorra millilərinə qarşı oyunlarda çıxıb.
2002-ci il Dünya çempionatının seçmə mərhələsində 3 oyunda meydana çıxıb və qol vurmayıb.
UEFA Avropa Kuboku 2004-ün seçmə oyunlarında da meydana çıxıb. 12 fevral 2003-cü ildə Podqoritsada Serbiya və Monteneqro milli futbol komandası ilə oyunda 2–0 Azərbaycan millisi uduzarkən 57-ci və 78-ci dəqiqələrdə iki qol vuraraq hesabı 2–2 edib və komandasına 1 xal qazandırıb. 11 iyun 2003-cü ildə Serbiya və Monteneqro ilə ev qarşılaşmasında da fərqlənib. 88-ci dəqiqədə qol vuraraq hesabı 1–1 edib. Bu oyun 2–1 hesabı ilə Azərbaycan millisinin xeyrinə başa çatıb. Bu seçmə mərhələdə Qurban 6 oyuna çıxıb və 3 qol vurub.