Kəpənəyin yuxusu — Yılmaz Ərdoğanın ssenari müəllifi, rejissoru və aktyoru olaraq çəkilən türk dram filmidir. Film 2013-cü ildə 86-cı Oskar mükafatlarında Türkiyənin ən yaxşı xarici film üzrə Oskara namizədliyi göstərilmişdir.
Kəpənəyin yuxusu filminin musiqi bəstəkarı Rəhman Altın Amerikada keçirilən "Moondance Beynəlxalq Film Festivalında "Ən yaxşı Film Musiqisi " mükafatına layiq görülüb. "Kəpənəyin yuxusu" filmi üçün bəstələdiyi musiqilərə görə daha öncə İtalya, Belçika və Türkiyənin özündə müxtəlif mükafatlar alan bəstəkar ötən il film musiqiləri siyahısında birinci yeri qoruyub saxlamağı bacarmışdı.
Məzmun Film Zonquldağda 1941-ci ili təsvir edir. İki gənc şair Rüşdü Onur və Müzəffər Tayyib Uslu yeni-yeni modernləşən bu mədən şəhərində məmur kimi həyatlarına davam edərkən, bir yandan da sənətlə, ədəbiyyatla, ən çox da şeirlə məşğul olurlar. Şairliyə və sənətə baxışın hələ inkişaf etmədiyi cəmiyyətdə şeir yazan bu iki vərəmli gənc cəmiyyətin hər üzvünə şeiri sevdirməyə çalışır. Bələdiyyə sədrinin qızı Suzan Özsoyun Zonquldağa gəlməsiylə Rüsdü və Müzəffərin şeirə inancı daha da artar. Ailəsinin istəməməsinə baxmayaraq Suzan onlarla dostlaşır. Fəqət 1940-cı illərin vəbası olan vərəm bu iki gəncin həyatını da təhdid etməyə başlayır, öz gələcəklərini qurmaq üçün gənclər həyat mübarizəsinə başlayırlar.
Rollarda Aktyor Rolu Kıvanç Tatlıtuğ Muzaffer Tayyip Uslu Mert Fırat Rüştü Onur Farah Zeynep Abdullah Mediha Səssiz Belçim Bilgin Erdoğan Suzan Özsoy Ahmet Mümtaz Taylan Zikri Özsoy Taner Birsel İsmail Uslu Yılmaz Ərdoğan Behçet Necatigil Devrim Yakut Fikriye Onur Funda Şirinkal İpək Bilgin Müzəffərin Anası Ayten Soykök Emin Gürsoy Medihanın atası Celalettin Demirel Aksel Bonfil Sərvət Pandur Barış Çaxmaq Oktay Rıfat Deniz Ərdoğan kəndli 1 Salih Kalyon Kəndli 2 Elif Erdoğan Rəqs müəllimi Engin Şenkan Baş həkim
Mükafatlar Mükafat Kateqoriya Aktyor Nəticə Qaynaq46. Sinema Yazarları Derneği Ödülleri Ən Yaxşı Kişi Aktyor PerformansıKıvanç TatlıtuğqazandıEn İyi Yardımcı Kadın Oyuncu PerformansıFarah Zeynep AbdullahqazandıEn İyi Görüntü YönetimiGökhan TiryakiqazandıƏn Yaxşı MusiqiRəhman AltınqazandıEn İyi Sanat YönetimiHakan YarkınqazandıEn İyi FilmnamizədlikƏn yaxşı rejissorYılmaz ƏrdoğannamizədlikMahmut Tali Öngören En İyi SenaryoYılmaz ƏrdoğannamizədlikEn İyi KurguBora Gökşingölnamizədlik18. Sadri Alışık Tiyatro ve Sinema Oyuncu Ödülleri Yılın En Başarılı Erkek Oyuncusu Kıvanç Tatlıtuğqazandı Yılın En Başarılı Yardımcı Kadın Oyuncusu Farah Zeynep Abdullahqazandı Yılın En Başarılı Erkek Oyuncusu Mert Fıratnamizədlik15. Moondance Uluslararası Film Festivali En İyi Filmqazandı En İyi Erkek Oyuncu Mert Fıratqazandı En İyi Film Müziği Rəhman AltınqazandıMilano Uluslararası Film Festivali — 2014 Ən yaxşı Film Musiqisi Rəhman Altınqazandı Ən yaxşı aktrisanamizəd Ən yaxşı Ssenari Rəhman Altınnamizədlik 7. Durres Film Festivali Balkanların En İyi Filmiqazandı 18. Terra di Siena Film Festivali Ən yaxşı Filmqazandı
İstinadlar
Kateqoriya:Türkiyənin bioqrafik filmləri Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Türkcə filmlər Kateqoriya:2013-cü ilin Türkiyə filmləri Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:2013-cü ilin dram filmləri Kateqoriya:1940-cı illər haqqında filmlər Kateqoriya:Dramlar