Rüstəm Kazakov Abdulla oğlu (, ; ) — klassik növ Sovet güləşçisi, olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1969), SSRİ-nin əməkdar məşqçisi, olimpiya çempionu olmuş ilk krım tatarı.
Həyatı Rüstem Kazakov 1947-ci ildə Daşkənddə Krım tatarları ailəsində anadan olmuşdur. 1959-cu ildə güləşə başladı, 1963-cü ildə Özbəkistan çempionatını, 1963-cü ildə və 1964-cü ildə gənclər arasında SSRİ çempionatını qazandı. 1965-ci ildə Bolqarıstanda karyerasında ilk beynəlxalq turniri qazandı, amma artıq böyüklər arasında. 1967-ci ildə Buxarestdə keçirilən Dünya Çempionatında yeddinci yeri tutdu.
1968-ci ildə Mexiko şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün olimpiya komandasına daxil edildi, ancaq məşqdə aldığı zədə səbəbiylə yarışa bilmədi.
Münxendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında 57 kiloqram (yüngül çəki) çəki dərəcəsində mübarizə apardı. Aşağıdaki döyüşlərdə iştirak etmişdir:
ilk turda hakimin qərarı ilə Alam Mir (Əfqanıstan) üzərində qələbə çaldı ikinci turda Xristo Traykova məğlub oldu üçüncü turun 9-cu dəqiqəsində tuşe ilə Yuzef Lipenə (Polşa) qalib gəldi dördüncü turun 5-ci dəqiqəsində tuşe ilə Oton Moskidisə (Yunanıstan) qalib gəldi beşinci turda hakimin qərarı ilə İkui Yamamotonu (Yaponiya) məğlubiyyətə uğratdı altıncı turda iştirak etmədi yeddinci turda hakimin qərarı ilə Yanoş Varqaya (Macarıstan) qalib gəldi final qarşılaşmasının üçüncü dəqiqəsində tuşe ilə Hans-Yürgen Veylə qalib gəldi və Olimpiya Oyunlarının çempionu oldu 1963–1967-ci ildə "Dinamo" (Daşkənd) klubunda çıxış edirdi, 1968–1975-ci illərdə "Silahlı Qüvvələr" (Daşkənd) klubunun üzvü oldu, 1875-ci ildən isə "Silahlı Qüvvələr" (Moskva) klubuna keçdi. İki qat dünya çempionu (1969, 1971), dünya çempionatının gümüş mükafatçısı (1973), dünya çempionatının bürünc mükafatçısı (1970), Avropa çempionatının bürünc mükafatçısı (1967), 1971-ci il SSRİ çempionu.
1975-ci ildə idman karyerasını bitirdikdən sonra məşqçiliyə başladı, MOİK-də çalışdı, SSRİ və Rusiya milli komandalarının məşqçilər heyətinin üzvü olmuşdur.
1972-ci ildə Özbəkistan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Elə həmin ildə "Şərəf nişanı" ordeni kavalerinə layiq görülüb. 1975-ci ildən bəri Sovet İttifaqı Kommunist Partiyası üzvüdür.
Moskvada yaşayıb, 1989-cu ildə təqaüdə çıxdı, Perevalnoye (Krım) köçmüşdür və hazırda da orada qalır. Krım Milli Kureş Federasiyasının prezidentidir.
Krımda Olimpiya çempionu Rüstəm Kazakovun mükafatları uğrunda beynəlxalq yunan-Roma güləşi turniri keçirilir.
Krımın Rusiyaya birləşdirilməsini dəstəkləmişdir. 2014-cü ildə Ümümrusiya Xalq Cəbhəsinin Krım Respublikasındakı regional qərargahının sədri seçildi. 2018-ci ildə Rusiya Federasiyasında keçirilən prezident seçkilərində Vladimir Putinin etibarlı şəxsləri siyahısına daxil edildi.
İstinadlar
Xarici keçidlər
Rüstəm Kazakov — Sports-Reference.com saytında profil (ing.)
Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:Yunan-Roma güləşi üzrə SSRİ çempionları Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:Güləş üzrə olimpiya çempionları Kateqoriya:1972 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1972 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya medallı güləşçilər