Tərlan Musa oğlu Əhmədov (d. 17 noyabr 1971, Əli Bayramlı) — azərbaycanlı futbolçu, məşqçi. Futbolçu karyerasında müdafiəçi, hücumçu mövqelərində çıxış etmişdir. "SSRİ"-nin yeniyetmələrdən ibarət yığma komandası ilə futbol üzrə Avropa çempionu.

Bioqrafiya Azərbaycanın "Termist" (Bakı), "Neftçi" (Bakı), "Turan" (Tovuz), "Qarabağ" (Ağdam), "Şəfa" (Bakı) klublarında oynayıb.

90-cı illərdə Rusiyanın Terek (Qroznı), Anji (Mahaçqala) klublarında çıxış etmişdir.

2000-ci ildə Qurban Qurbanovun oynadığı "Fakel" (Voronej) klubuna keçid edir, lakin yeni klubda problemlər yaşayır və mövsüm ərzində klubdan ayrılır."Факел" и его легионеры

2000/01 mövsümünü "Neftçi"də keçirir. 18 oktyabr 2001-ci ildə komandanın baş məşqçisi Kazbek Tuayev ilə aralarında yaşanan münaqişə səbəbindən "Neftçi"dən qovulur. Daha sonra "Şəfa" klubunda oynamağa başlayır.

2002/03 mövsümündə Azərbaycanda oynaya bilmədiyi üçün İranın yüksək liqa komandası "İstiqlal"ın dəvətini qəbul etdi. 2003-cü ildə "Volın" (Lutsk) klubuna keçid etdi və bu klubda mövsüm boyunca Ukraynanın yüksək liqasında 22 matç keçirmişdir. Tərlan Əhmədov "Volın"da Kamal Quliyev və Fərrux İsmayılov ilə birlikdə çıxış etmişdir.

2004-cü ildə "Volın" ilə müqaviləsi bitdikdən sonra yenidən Azərbaycana — "Qarabağ-Azərsun" klubuna qayıtdı.

2004–2006-cı illərdə "Karvan" (Yevlax) komandasında oynamışdır.Тарлан Ахмедов после завершения карьеры хочет открыть футбольную школу Kluba Azərbaycan çempionatında mükafat alması üçün iki mövsüm ard-arda kömək etmişdir.

2006–2009-cu illərdə baş məşqçi Əsgər Abdullayevin dəvəti ilə Azərbaycan Premyer Liqasının "Olimpik-Şüvəlan" klubunda oynamış, komandanın kapitanı olmuşdur.

2008-ci ildə, hələ futbolçu olarkən B kateqoriyasında məşqçilik lisenziyası almışdır.

2009-cu ildə futbolçu karyerasını bitirməyə qərar verərək məşqçiliyə başladıTərlan Əhmədov futbolçu karyerasını başa vurdu .

2009-cu ilin iyun ayından "Xəzər-Lənkəran" klubunun baş məşqçisi Ağasəlim Mircavadovun köməkçisi vəzifəsində çalışıb. 2009/10 mövsümünün sonunda ailə səbəbləri ilə əlaqədar klubdan ayrıldı.

2011-ci ildə "Neftçi" (Bakı) klubunda baş məşqçinin köməkçisi kimi işləmişdirБеюкага Гаджиев назначен на пост главного тренера "Нефтчи" .

Azərbaycan millisi 1992–2005-ci illər arasında Azərbaycan milli futbol komandasında çıxış etmiş və 75 oyun keçirmişdir. Milli komandada ilk oyununu 19 sentyabr 2002-ci ildə Gürcüstan milli futbol komandasına qarşı oynayıb.

Milli komandada son görüşünü 7 sentyabr 2005-ci ildə Avstriya milli futbol komandasına qarşı dünya çempionatının seçmə oyununda keçirib.

Dəfələrlə milli komandanın kapitanı təyin edilmişdir və kapitan sarğısını ən çox qoluna taxmış futbolçulardan biridir.

Nailiyyətləri

Şəxsi "Azərbaycanda ilin futbolçusu" (1): 1999 (Futbol+ qəzetinin nəticələrinə əsasən"Futbol+" 2006-nın ən yaxşılarını seçir )

Komanda

Çempionat Azərbaycan çempionatının gümüş medal mükafatçısı: 1993/94 ("Qarabağ"), 2005/06 ("Karvan"), 2007/08 ("Olimpik") Azərbaycan çempionatının bürünc medal mükafatçısı: 1992 ("Turan"), 1998/99, 1999/2000 ("Neftçi"), 2004/05 ("Karvan")

Kubok Azərbaycan Kubokunun qalibi: 1993 ("Qarabağ")

Milli Avropa çempionu: 1990 (SSRİ U-18)

İstinadlar

Xarici keçidlər Tarlan Akhmedov — International Appearances, www.rsssf.com

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:İstiqlal FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Volın Lutsk FK futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Axmat FK futbolçuları Kateqoriya:Ukraynada legioner Azərbaycan idmançıları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:İranda legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular