Makedoniya ayları () — Şimali Makedoniyada və makedon icmalarının yaşadığı digər ölkələrdə rəsmi olaraq istifadə edilən 12 təqvim ayının adları. Ümumlikdə həm latın mənşəli standart beynəlxalq formalar (rəsmi mənbələrdə və kilsə təqvimlərində), həm də bəzi kənd yaşayış məntəqələrində qədim slavyan adları da (onlar müəyyən təbii dövrlərə və ya kənd təsərrüfatı işlərinə əsasən qoyulurdu) istifadə olunur. Adların müasir formaları 19-cu əsrin sonunda istifadə olunmağa başladı və sözlər ilk öncə “-ja” ilə bitirdi (јануарија, февруарија, септемврија, декемврија və s.). Standart normalar makedon dilində təhsilin sayəsində bərqərar olundu.

Hamı tərəfindən qəbul edilmiş adlar AyMakedonca adıQədim slavyanca adıTəsviriYanvarЈануари [Yanuari]Коложег [Koljeq]Odun yandırılan ayFevralФевруари [Fevruari]Сечко [Seçko]Şaxta ayıMartМарт [Mart]Цутар [Tsutar]Çiçəkaçma ayıAprelАприл [April]Тревен [Treven]Ot ayıMayМај [May]Косар [Kosar]Ot biçmə ayıİyunЈуни [Yuni]Жетвар [Jetvar]Biçin ayıİyulЈули [Yuli}Златец [Zlatets]Qızıl ayAvqustАвгуст [Avqust]Житар [Jitar]Çörək ayıSentyabrСептември [Septemvri]Гроздобер [Qrozdober]Üzüm salxımın yığılması ayıOktyabrОктомври [Oktomvri]Листопад [Listopad]Yarpaq tökülməsi ayıNoyabrНоември [Noyemvri]Студен [Studen]Soyuq ayDekabrДекември [Dekemvri]Снежник [Snejnik]Qarlı ay

Müxtəlif rayonlarda xalq adları

Gevgeliya şəhərində S. Tanoviç elar arasında istifadə olunan ay adlarında aşağıdakı fərqləri qeyd etdi: may— црешар [tsreşar], iyun — житвар [jitvar], iyul — билјар [bilyar], avqust — прабражденски [prabrajdenski], sentyabr — бугуројчин [buquroyçin] və ya груздобер [qruzdober], oktyabr — митровски [mitrovski] və ya касим [kasım], noyabr — листупад [listupad], dekabr — гулемијут месиц [qulemuyım mesits] və ya бужикјов [bujikyov].Ристески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.355 Pirava, Valadnovo kəndlərində növbəti adlar istifadə olunur: коложег [kolojeq] — yanvar, сечко [seçko] — fevral, летник [letnik] — mart, тревен [treven] — aprel, цутник [tsutnik] — may, црвеник [tsrevnik] — iyun, горешник [qoreşnik] — iyun, гумнар [qumnar] — avqust, гроздобер [qrozdober]— sentyabr, листокап [listokap] — oktyabr, снежен [snejen] — noyabr, студен [studen] — dekabr.Ристески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.356. Boşaviya rayonlarında, Kojuf dağının ətəyində kavadarlar ayları fərqli adlandırırlar. Belə ki, onlar noyabr ayına алистоп [alistop] deyirlər, dekabra isə андреја [andreja] deyirlər, çünki makedon eli arasında yayılmış deyimə görə, Həvari Andreyin anım günü ərəfəsində həmişə qar yağır. Yanvar ayı ən pis və ən soyuq qış ayı hesab olunduğundan коложег [kolojeq] adlanır, ona görə də keçmişdə bu ayda yandırıb istilənmək üçün odun doğrayırdılar. Qolo-Brdo (Albaniya) yaşayış məntəqəsində yanvar "kolojek" və "kolotsek", iyun "çereşnar" və ya "tsreşnar", iyul "jetvar", noyabr "dorvar" və "drvar", dekabr "yödre" adlanır.Будимовски К. Драгослав. „Македонците во Албанија“. „Студентски збор“, Скопје, 1980. стр.121.

Xristian bayramları ilə müvafiqlik Etnoloqlar və antropoloqlar Makedoniya xalq mədəniyyətində hər ay müddətinin makedon dilində "menitsi" və ya "sinori" adlandırılan bəzi kilsə və ya xalq bayramlarına görə təyin oluna biləcəyini təsbit etdilər. Makedoniya xalq təqvimində aylar bu cür bölünmüşdür:

Yanvar: Həvari Varfolomeydən Vasilitsaya qədər Kolojeq: Vasilitsadan Müqəddəs Trifuna qədər Fevral: Müqəddəs Trifundan Letnikə qədər Mart: Letnikdən Müjdəyə qədər Aprel: Müjdədən İyeremiyaya qədər May: İyeremiyadan və ya Müqəddəs Georgi günündən Müqəddəs üç üqnum gününə və ya Petrov orucluğuna qədərЗапис од теренските истражувања во Порече на полскиот етноантрополог Јозеф Обрембски во книгата на Ристески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.359. İyun: Müqəddəs üç üqnum günündən və ya Petrov orucluğundan İohann gününə qədər İyul: İliya günündən Uspeniye bayramına qədər Avqust: Uspeniye bayramından Tanrı Xaçının Ucaltması bayramına qədər Sentyabr: Tanrı Xaçının Ucaltması bayramınından Petkovden bayramına qədər Oktyabr: Petkovden bayramından Müqəddəs Dimitri günü bayramına qədər Noyabr: Dimitri günü bayramından Məryəmin təqdim edilməsi bayramına qədər Dekabr: Məryəmin təqdim edilməsi bayramından Müqəddəs Annanın və ya Müqəddəs İqnatinin anım gününə qədərРистески С. Љупчо. „Категориите простор и време во народната култура на Македонците“. „Матица“, Скопје, 2005. стр.360. Bu traktovkada il 13 aydan ibarətdir (fevral iki ayla əvəz olunub), bu da ona işarədir ki, keçmişdə makedoniyalılar ay təqvimindən istifadə edirdilər.

İstinadlar

Kateqoriya:Slavyanların xalq təqvimləri Ay adları Kateqoriya:Aylar