40 Wall Street, Nyu-Yorkda yerləşən 70 mərtəbəli bir göydələndir. Bank of Manhattan Trust Building və ya Manhattan Company Building olaraq da bilinir. Daha sonra Chase Manhattan Bank adlandırılmış və hazırda Trump Building adlandırılır. 40 Wall Street, New York şəhərinin Manhetten hissəsində, Nassau Street və William Streetin kəsişməsində yerləşir. Binanın tikintisinə 1929-cu ildə başlanılmış və 11 ay çəkən tikinti işləri 1930-cu ildə tamamlanmışdır. Binanın üstündə olan antena ilə birlikdə hündürlüyü 283 m təşkil edir. Binah hazırda ofis binası kimi istifadə olunur.
Xarici keçidlər
İstinadlar
Kateqoriya:Göydələnlər Kateqoriya:Manhetten göydələnləri Kateqoriya:Donald Tramp Kateqoriya:Dünyanın keçmiş ən hündür binaları