Vüqar Nizami oğlu Salahov () — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki və hərbi pilotu, "Qarabağ" ordeni kovaleri.

Həyatı Vüqar Salahov 15 aprel 1985-ci ildə Tərtər rayonunda anadan olub. 2001-ci ildə Tərtər rayonunda R. Nuriyev adına 6 saylı orta məktəbi bitirmişdir. 2002–2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alıb.

Hərbi Xidməti Vüqar Salahov 2006-cı ildən Hərbi Hava Qüvvələrində pilot vəzifəsində xidmət edir. 2018-ci ildə Bakıda keçirilən hərbi paradda Su-25 təyyarəsi ilə nümayişlər etmişdir. Vətən müharibəsi zamanı Su-25 təyyarəsi ilə döyüş fəaliyyətlərində yüksək şücaət göstərmişdir.

Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik leytenantı olan hərbi pilot Vüqar Salahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Suqovuşanın, Talış kəndinin və Ağoğlan qəsəbəsi uğrunda gedən döyüşlərdə savaşıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Salahov "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Salahov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Salahov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Salahov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Salahov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. 19.09.2023-cü ildə Antiterror əməliyatlarında iştirak etmiş və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

Təltifləri 50px (26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px (26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı 50px (26.06.2012) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px (26.06.2017) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px (26.06.2023) — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px (26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 50px (09.12.2020) — "Qarabağ" ordeni 50px (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı 50px (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı 50px (29.12.2020) — "Suqovuşanın azad olunmasına görə" medalı 50px (06.11.2023) — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

İstinadlar