Antonio Eromonsele Nordbi Nusa () — Eliteserien təmsilçilərindən olan "Stabek" klubunda sol cinah hücumçusu kimi çıxış edən peşəkar Norveç futbolçusu.

Karyerası Nusa futbolçu karyerasına yerli "Lanqhus" klubunda başlamışdır. 13 yaşı olarkən "Stabek" klubunun akademiyasına qəbul olmuşdur. 2021-ci ilin əvvəlində ona əsas komandada oynamaq üçün şans verilmişdir. Yoldaşlıq oyununlarında qollarla yadda qalan Nusa klub ilə peşəkar müqavilə imzalamışdır. O, Eliteseriendə debütünü 30 may 2021-ci ildə "Rosenborq" klubuna qarşı oyunda etmişdir.

Nusa karyerasında ilk qolunu 27 iyun 2021-ci ildə "Bodo Qlimt" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə klub rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. 3 gün sonra "Vikinq" klubu ilə keçirilən görüşdə Nusa dublla yadda qalmış və klub rəqibi ilə 3-3 hesabı ilə bərabərliyə razılaşmışdır. 16 yaş 71 günlüyündə qolla yadda qalan Nusa Martin Edeqordan (15 yaş 151 günlük) sonra Eliteseriendə qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür.

Şəxsi həyatı Nusa Norveçdə anadan olmuşdur. Atası isə Nigeriya vətəndaşıdır. Atası Con Nusa 2-ci diviziya klublarından olan "Follo" klubunda və Nigeriyanın bəzi klublarında futbolçu kimi çıxış etmişdir.

Karyera statistikası

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolStabek2021–22Eliteserien5300000053Ümumi karyera5300000053 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.

İstinadlar

Kateqoriya:Norveç futbolçuları Kateqoriya:Stabek FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:RB Leypsiq FK futbolçuları Kateqoriya:Norveç milli futbol komandasının oyunçuları Kateqoriya:Brügge FK futbolçuları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları