Türkiyə–Ukrayna münasibətləri — Ukrayna Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Tarix Çağdaş münasibətlər 2010-cu il yanvar ayının sonunda Ukrayna Prezidenti Viktor Yuşşenko və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2011-ci ildə iki ölkə arasında sərbəst ticarət zonası yaratmağı qərara alır.
25 yanvar 2011-ci ildə iki ölkənin prezidentləri yenidən Kiyevdə görüşür. İkitərəfli münasibətlərin perspektivləri və Ukraynanın Avropa İttifaqına yaxınlaşması müzakirə edilirЯнукович и Эрдоган открыли новую эру отношений Украины и Турции , 25 yanvar 2011.
13 sentyabr 2012-ci ildə Türkiyə Prezidenti Kiyevə bir daha səfər edir. Danışıqlar qapalı qapılar arxasında aparılırЯнукович и Эрдоган проводят встречу в формате «с глазу на глаз» — УНИАН, 13 sentyabr 2012.
Ukraynadakı inqilabdan və hakimiyyət dəyişikliyindən sonra 5 sentyabr 2014-cü ildə Ərdoğan Ukraynanın yeni prezidenti Petro Poroşenko ilə görüşür. Türkiyə tərəfi Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirir. Türk hava yollarının Krıma uçması qadağan olunduğu da elan edilirƏrdoğan: türkiyənin avia şirkətləri Krıma uçmayacaq — Exo-Azərbaycan, 5 sentyabr 2014.
2015-ci ilin mart ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kiyevdə Ukrayna Prezidenti Petro Poroşenko ilə 3 saatlıq görüş keçirir. Bu görüşdə Poroşenkoya görə, Türkiyəyə Kiyevə borc verməyi, habelə Ukraynanın Antonov zavodunda yeni sərnişin təyyarəsi qərara alırKrım Türkiyə nümayəndə heyətini qəbul etdi — Baxış, 25 mart 2015. Türkiyə Prezidenti Ukraynanın Donbasdakı BMT-nin sülhməramlı missiyasını tələb etməsi halında Ukraynanı dəstəkləməyə hazır olduğunu bildirirПорошенко: Турция поддерживает Украину в вопросе миротворцев ООН — РИА-Новости, 20 mart 2015. Ərdoğan ayrıca Ukraynaya 50 milyon dollar borc və 10 milyon dollar müqabilində humanitar yardım vəd edirСложные украино-турецкие отношения ("Star gazete", Турция) , 26 марта 2015.
Həmin il 26 mart tarixində Türkiyə nümayəndə heyəti Rusiyanın nəzarətində olan Krımı ziyarət edir. Türk məmurlarının bu cür hərəkətləri, qaz tankerlərinin Bosfor boğazından keçməsinə icazə verilməməsi ilə birlikdə Ukrayna tərəfində narahatlıq yaradır.
10 avqust 2019-cu il tarixində Ukraynanın “Ukrspetsexport” dövlət şirkəti və Türkiyənin “Baykar Defence”' şirkətinin iştirakı ilə yüksək dəqiqlikli silahlar, raket və kosmik texnologiyalar sahəsində ortaq bir müəssisə qurulduuğu elan edilir. Bu silahların ardıcıl, birgə istehsalı üçün səyləri birləşdirmək məqsədi ilə qurulduğu qeyd edilir.
Beynəlxalq təşkilatlarda əməkdaşlıq Hər iki ölkə BLACKSEAFOR və QDİƏT-nın üzvləridir. Ukrayna Türkiyənin tam hüquqlu üzvü olduğu NATO-ya namizəddir. Ticarət və iqtisadi əməkdaşlıq 2000-ci illərdə Ukrayna türk malları üçün əhəmiyyətli bir bazar olur. 2001-2011-ci illərdə türklərin Ukraynaya illik ixracatı 289 milyon dollardan 1730 milyon dollara yüksəlirКалугин П. Е. Современное стратегическое сотрудничество Российской Федерации с Турцией в сфере энергетики. Диссертация на соискание ученой степени кандидата исторических наук. Иркутск, 2014. — С. 167. Режим доступа: http://isu.ru/ru/science/boards/dissert/dissert.html?id=5 . Eyni zamanda Ukraynanın Türkiyəyə ixracatının illik dəyəri 758 milyon dollardan 4812 milyon dollara qalxırКалугин П. Е. Современное стратегическое сотрудничество Российской Федерации с Турцией в сфере энергетики. Диссертация на соискание ученой степени кандидата исторических наук. Иркутск, 2014. — С. 168. Режим доступа: http://isu.ru/ru/science/boards/dissert/dissert.html?id=5 .
Diplomatik nümayəndəliklər Ukrayna Ukraynanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu varПосольство Украины в Турецкой республике — Контактная информация . Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri - Andrey İvanoviç Sibiqa.
Ukrayna Prezidenti Petro Poroşenko 18 iyun 2016-cı il tarixində Türkiyədəki fövqəladə və səlahiyyətli səfir Sergey Korsunskini istefaya göndərmişdir.
Türkiyə Türkiyənin Kiyevdə səfirliyitürkiyənin Kiyevdəki səfirliyi — əlaqə və Odessada baş konsulluğu varTürkiyənin Odessadakı Baş Konsulluğu - əlaqə .
İstinadlar
Kateqoriya:Ukraynanın ikitərəfli əlaqələri Kateqoriya:Türkiyənin ikitərəfli əlaqələri