Qarabağ müharibəsi memorialı (, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən Talış kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan memorial kompleksi. 1990-cı illərdə ucaldılan memorial həmçinin, İkinci Dünya müharibəsində həlak olan erməni əsilli döyüşçülər üçündür.Թալիշ գյուղի Արցախյան ազատամարտի հուշահամալիրի մասին տեղեկություններ Արցախի Հանրապետության հուշարձանների տեղեկատվական շտեմարանում, (արխիվացված 18․03․2021թ․)։2020 թվականի հայ-ադրբեջանական պատերազմից հետո Ադրբեջանի վերահսկողության ներքո անցած պատմամշակութային հուշարձանների ավերման մասին տեղեկություններ, (արխիվացված 11․03․2021թ․)։]
Tarixi Qarabağ müharibəsi memorialı Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən 1990-cı illərdə ucaldılmışdır. Memorial kompleksi ümummilli əhəmiyyətli abidə kimi Qondarma DQR-nın daşınmaz tarix və mədəniyyət abidələri siyahısına "062" nömrəsi altında daxil edilmişdir.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başladılmışdır. Azərbaycan hərbçiləri 3 oktyabr tarixində Tərtər rayonunun Talış kəndini tamamilə işğaldan azad etmişdir. Döyüşlər zamanı memorial dağılmışdır.
Təsviri Memorial kompleksinin hündürlüyü 48 metr, eni 38 isə metrdir. Memorial 3 hissədən – iki qartal heykəlindən, daşlardan və İkinci Dünya müharibəsində həlak olan Talış kəndi sakinləri üçün xatirə lövhəsindən ibarətdir.
İstinadlar
Kateqoriya:Birinci Qarabağ müharibəsi Kateqoriya:Ağdərə rayonunun görməli yerləri