Dizaq (orjinalda deyilişi düzək (sədd deməkdir), zamanla dəyişikliyə məruz qalmışdır. Qarabağ xanlığının cənub sərhədlərini əhatə edən bu mahal düzənliyin dağlarla qovuşduğu yerdə qoruyucu səddlərə (düzəklərə) malik olmuş və adı da buna uyğun adlanmışdır) mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.
Mahal haqqında qısa məlumat Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı.
Tarixi thumb|300px|Mehdi bəy Məlik-Aslanovun evinin qalıqları
Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və sınırlarını özü bildiyi kimi cızır. O, yazır: "Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir» Qarabağnamələr, 1-ci kitab, Bakı, «Yazıçı», 1989,səh.. Əslində mahalın ərazisi tarixçinin göstərdiyindən bir az qısıq idi. Dizaq mahalı güneydən Xırdapara-Dizaq, günbatandan Dizaq-Cəbrayıllı, quzeydən Vərəndə və gündoğandan Cavanşir-Dizaq mahalları ilə çevrələnirdi.
Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi. Bu mahala Füzuli bölgəsinin Hoğa (Üçbulaq), Cuvarlı, Xələfşə, Rəfəddinli, Arış, Şıxımlı, Gavşatlı kəndləri bağlı idi.
23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var.
Dizaq mahalı Arış kəndi-bəy rəiyyəti 12 tüstü, 26 kişi Hoğa kəndi-bəy rəiyyəti 5 tüstü, 7 kişi Rəfəddinli kəndi-bəy 2 tüstü, 5 kişi, dövlət kəndlisi 14 tüstü, 48 kişi Cuvarlı kəndi-dövlət kəndlisi 8 tüstü, 25 kişi Xələfşəli kəndi-dövlət kəndlisi 13 tüstü, 26 kişi Gavşatlı kəndi-bəy rəiyyəti 10 tüstü, 27 kişi Şıxımlı kəndi-bəy 4 tüstü, 14 kişi, dövlət kənlisi 1 tüstü, 25 kişi
Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Mahalın ərazisi yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.
Dizaq mahalının məlikləri + Titul Adı Başlanığıcı Sonu Məlik Məlik Yeqan 1737 1744 Məlik Məlik Aram 1744 1746 Məlik Məlik İsay 1746 1781 Məlik Məlik Bəxtam 1781 1784 Məlik Məlik Abbas 1784 1805Məlik Məlik Aslan bəy 1805 1822
Qalereya
İstinadlar
Mənbə Ənvər Çingizoğlu. Dizaq mahalı, "Soy" dərgisi, 12 (24), 2009, səh.48-57. Ənvər Çingizoğlu. Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007.
Həmçinin bax Dizaq qəzası Tuğ (Xocavənd)
Kateqoriya:1737-ci ildə yarananlar Kateqoriya:Qarabağ xanlığının mahalları