Gizli Silahlı Təşkilat və ya OAS () — XX əsrin 60-cı illərinin əvvəlində Fransada terrorçu hərbi faşist qruplaşması.
Tarixi Gizli Silahlı Təşkilat 1961-ci ilin yazında qatı müstəmləkəçi zabitlər və ifrat sağ siyasi xadimlər tərəfindən yaradılmışdır. Qruplaşmanın başlıca məqsədi Əlcəzairə istiqlaliyyət verilməsinə mane olmaq idi. Əlcəzair 1962-ci ildə istiqlaliyyət qazandıqdan sonra əsas fəaliyyətinin Fransaya və onunla qonşu ölkələrə çevirən OAS Fransanın demokratik qüvvələrinin təzyiqi ilə tezliklə ləğv edilmişdir. OAS başçıları uzunmüddətli həbs cəzalarına məhkum olunmuş, lakin 1968-ci il amnistiyasına əsasən azad edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Harrison, Alexander. Challenging De Gaulle: The O.A.S and the Counter-Revolution in Algeria, 1954–1962. New York: Praeger, 1989 . Henissart, Paul. Wolves in the City: The Death of French Algeria. New York: Simon & Schuster, 1970. Horne, Alistair, A Savage War of Peace:Algeria 1954–1962, New York: New York Review Books, 1977
Kateqoriya:Əlcəzair müharibəsi Kateqoriya:Antikommunist təşkilatları Kateqoriya:Neofaşizm Kateqoriya:Terror təşkilatları Kateqoriya:Paramilitar təşkilatlar Kateqoriya:Fransada terrorizm