Semyon Leontyeviç Bretanitski (; ) — Azərbaycan-sovet skripkaçısı və pedaqoqu, professor (1927), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycanda ilk simli kvartetin və fortepiano triosunun təşkilatçısıdır.

Həyatı Semyon Bretanitski -cı ildə Odessada anadan olmuşdur. 1911-ci ildə Almaniya imperiyasındakı Leypsiq Konservatoriyasını, 1914-cü ildə isə Sankt-Peterburq Konservatoriyasını ( sinfi) bitirmişdir. Solist kimi çıxış etmiş, simfonik orkestrlərin konsertmeysteri olmuşdur. 1916-cı ildən Bakıda yaşamışdır.

1916-cı ildən Rus İmperator Musiqi Cəmiyyəti tərkibindəki musiqi məktəbində müəllimlik edən Semyon Bretanitski Azərbaycan Dövlət Konservatoriyası yarandığı tarixdən, 1921-ci ildən burada dərs demiş, 1927-ci ildə professor adını almış və 1930–1951-ci illərdə Simli alətlər kafedrasının müdiri olmuşdur. Burada skripkadan əlavə, kamança dərsləri də demişdir. Onun tələbələri sırasında V. Ayvazov, Tofiq Bakıxanov, Azər Rzayev, , Georgi Xocayev, A. Xoculiyan və başqaları olmuşdur.

Semyon Bretanitski Azərbaycan bəstəkarlarının bir sıra skripka əsərlərinin ilk ifaçısı olmuşdur. O, Azərbaycanda ilk simli kvartetin (1925) və fortepiano triosunun (1937) təşkilatçısı və iştirakçısıdır.

Semyon Bretanitski 7 yanvar 1963-cü ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 fevral 1936 "Şərəf nişanı" ordeni — 25 fevral 1946

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan klassik skripkaçıları Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:Rusiya klassik musiqiçiləri