Sezar Daniel Meza Kolli () — "Araz-Naxçıvan" klubunda yarımmüdafiəçi kimi çıxış edən paraqvaylı peşəkar futbolçu.Sezar Meza Kolli Soccerway

Karyerası

Keşlə Kolli 22 yanvar 2016-cı ildə "Keşlə" ilə altı aylıq müqavilə imzaladı. Altı ay sonra isə o, "Zirə" ilə bir illik müqavilə imzaladı.

6 fevral 2018-ci ildə "Keşlə" Kolli ilə 2017–18 mövsümünün sonuna qədər müqavilə imzaladığını açıqladı. 22 iyul 2019-cu ildə isə klub onunla bir illik icarə müqaviləsi imzaladığını elan etdi.18 sentyabr 2020-ci ildə Kolli 2020–21 mövsümünün sonuna qədər müqavilə ilə "Keşlə"yə qayıtdı.

Neftçi 12 iyun 2021-ci ildə "Neftçi" Kolli ilə iki illik müqavilə imzaladığını elan etdi.

Neftçinin heyətində rəsmi matçlarda ilk dəfə Azərbaycan Premyer Liqasının 2021-ci ilin 12 sentyabrında keçirilən "Neftçi"-"Qarabağ" matçında çıxış edib. Həmin matçda 9 dəqiqə meydanda qalıb. İlk dəfə isə 90 dəqiqə meydanda Azərbaycan Premyer Liqasının 2021-ci ilin 2 oktyabrında keçirilən "Səbail"–"Neftçi" matçında qalıb. İlk qolunu isə əvvəlki komandası olan Keşləyə qarşı Azərbaycan Premyer Liqasının 2021-ci ilin 19 sentyabrında keçirilən Keşlə–Neftçi matçının 36-cı dəqiqəsində vurub. 22 iyun 2023-cü ildə "Neftçi" Kolli ilə müqaviləni yeniləmədiyini açıqladı.

Araz-Naxçıvan 15 oktyabr 2024-cü ildə Azərbaycan Birinci Liqasında çıxış edən "Araz-Naxçıvan" klubu Kolli ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

İstinadlar

Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Paraqvay futbolçuları Kateqoriya:Alaves FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Legioner Paraqvay futbolçuları Kateqoriya:Araz-Naxçıvan PFK futbolçuları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Çezena FK futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Rumıniyada legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular