Sesil Ellen Florett La Qreneyd (; ) — 7 may 2013-cü ildən etibarən Qrenada general-qubernatoru olaraq çalışan qrenadalı alim.

Həyatı Məmur La Qreneyd Ellen La Qreneyd və Sivilla Silvestr La Qreneydin ailəsində dünyaya gələn 5 qızdan üçüncüsüdür. Ana nənəsi Meri Luiza "Yeva" Olivyer-Silvestr 1952-ci ildə ümumxalq səsverməsindən bir ildən az bir müddət sonra seçildikdən sonra Britaniyanın Küləkaltı adalarında ölkəsinin qanunverici şurasında xidmət edən ilk qadın idi.

La Qreneyd ABŞ-da təhsil almış qida alimidir. Qərbi Hind Universitetində kimya üzrə bakalavr, Merilend Universitetində isə qida elmləri üzrə magistr və doktorluq dərəcələri aldı. Onun general-qubernator təyin edilməsi Qrenadanın ilk qadın qubernatoru Hilda Baynounun ölümü ilə eyni həftədə elan edildi. Baynou La Qreneydın ana babası, pedaqoq və ictimai xadim doktor Kirill Senbernar Silvestrin xanımı idi.

Nişanları Xarici nişanları "Müqəddəs Corc" ordeni "Müqəddəs Maykl və Müqəddəs Corc" ordeni "Britaniya İmperiyası" ordeni "Müqəddəs İohann" ordeni

Həmçinin bax

İstinadlar

Xarici keçidlər