– Yaponiya aktrisası və modeli.
Karyerası Honda əyləncə sənayesinə 2006-cı ilin ortalarında daxil olmuşdur. O, eyni gündə yeddi müxtəlif şəxs tərəfindən kəşf olunmuşdu. 2006-cı ildə "Seventeen" jurnalının ekslüsiv modeli kimi debüt etmişdir. 2007-ci ildə jurnal dəyişdirərək "Love Berry" jurnalı üçün modellik etməyə başlamışdır. 2010-cu ilin yanvarında "Non-no" jurnalının modeli olmuşdur.
2012-ci ilin aprelindən 2013-cü ilin mayına kimi TBS tolk-şousu olan "A-Studio" verilişində Şofukutei Tsurubenin köməkçisi olmuşdur. 2012-ci ilin noyabrında "Dəb hekayəsi: Model" filmində baş rolda çəkilərək film dünyasına daxil olmuşdur. 2013-cü ilin iyulunda NTV kanalında yayımlanan "Musiqi əjdahası" adlı musiqi verilişində peyda olmuşdur. 2015-ci ilin iyulunda Fuji TV kanalında yayımlanan "Koynaka" serialının personajlarından birini canlandırmışdır. 2017-ci ildə "Fullmetal Alchemist" manqası əsasında çəkilmiş "Tammetal əlkimyagər" filmində Vinri Rokbell personajını canlandırmış, 2019-cu ildə Makoto Şinkayın "Hava övladı" anime filmində Natsumi personajını səsləndirmişdir.
Modellik etdiyi jurnallar "Seventeen", Shueisha nəşriyyatı, 2006-2007. "Love Berry", Tokuma Shoten nəşriyyatı, 2007-2008. "Jille", Futabasha nəşriyyatı, sentyabr 2008 – dekabr 2009. "Non-no", Shueisha nəşriyyatı, 2010-cu ilin yanvarından. "Myōjō", Shueisha nəşriyyatı, 2012-ci ilin dekabrından. "Men's Non-No", Shueisha nəşriyyatı, 2015-ci ilin aprelindən.
Filmoqrafiya
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Yaponiya YouTuberləri