Manıç (Qərbi Manıç) — Kalmıkiya, Stavropol diyarı və Rastov vilayətində çay. Don çayının sol qolu. Kalaus çayının keçmiş bifurkasiya etdiyi yerdən, Manıç və Şərqi Manıç çaylarının hövzəsindən başlanırДо постройки дамбы в середине XX века.. Avropa və Asiya arasında olan coğrafi sərhəd variantlarından biri Manıç çayından keçir.
Uzunluğu — 420 km, şərti sutoplayıcı sahəsiрассчитана до отведения всех вод Калауса в Маныч — 35,4 min km², bundan 2,1 min km² göllərlə əhatələni. Göllər əsasən duzlu və şordur. Kalaus çayı ilə birlikdə Manıçın uzunluğu 856 km-dir. Sutoplayıcı sahəsi isə — 48,45 min km²-dir.
Çayın qidalanması əsasən qar suları ilədir. Minerallaşma — 2—8 il/l.Западный Маныч // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006. Nevinnomıs kanalı və Böyük Eqorlık çayının sol qolu vasitəsi ilə Manıç çayına Kuban çayının suyu daxil olurЗападный Маныч // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ. ред. акад. В. М. Котлякова. Институт географии РАН. — Екатеринбург: У-Фактория, 2006.. Çay suyundan suvarmada geniş istifadə olunur. Balıqçılıq inkişaf edib. Çayın mənbəyindən 179 km-lik məsafə gəmiçiliyə yararlıdır.
Vesyolovskoe su anbarının sahilində, Yulovski qəsəbəsinin yaxınlığında üst paleolit dövrünə aid qədim yaşayış ərazisinin qalıqları qorunur. Radiokarbon üsülu ilə ərazinin yaşı hesablanaraq təxminən 15 290 ilə 24 480 il arası göstərilir.https://web.archive.org/web/20170621064409/http://paleogeo.org/extreme2010.html
Relyefi Qərbi Manıç çayı vadisi inkişaf etmiş terraslarla xarakterizə olunur. Ərazidə daha çox birinci və ikinci subasar üzərində formalaşan terraslar üstünlük təşkil edir. Onların hündürlüyü 10-30 metrlə 20-40 metr arasında dəyişir. Onları subasar üzərində formalaşan üçüncü terraslar əvəz edir. Bunlar nisbətən relyefdə az özünü göstərir. Hündürlüyü 30-60 metr arasında dəyişir. Çay dərəsinin gemorfologiyasında qədim Manıç boğazının və Kumo-Manıç çökəkliyinin xüsusiyyətləri özünü əks etdirir.https://web.archive.org/web/20150626132912/http://www.donbvu.ru/to_5107428/
İqlimi Ərazinin ortaillik temperaturu 8,9 °C (şimal-qərb hövzəsində) ilə 10,2 °C (cənub-şərq hövzəsi) arasında dəyişir. Yağıntıların miqdarı da bu istiqamətdə dəyişir - 315 mm və 623 mm. Manıç çayının yuxarı axaraları quraq iqlimi ilə diqqəti cəlb edir. Yağıntıların miqdarı 300 mm-dən azdır. Buxarlanma bu ərazidə daha yüksəkdir. Əsasən yay yalarında, quru küləkli vaxtlarda buxarlanmanın qiyməti daha yüksək olur. Yağıntıların 62-71 % əsasən ilin isti dövrlərində düşür.
Bölgədə qara torpaqlar daha geniş yayılıb. Cənub-şərqdə isə şabalıdı torpaqlar üstünlük təşkil edir. Manıç hövzəsi tamamilə çöl zonasına daxildir.
İstinadlar
Kateqoriya:Rusiya çayları Kateqoriya:Rostov vilayəti çayları