Ardem Pataputyan (; ) — Erməni əsilli ABŞ molekulyar bioloq və neyrobioloqu. (HHMI) çalışır. Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı (2021).

Həyatı Ardem Pataputyan 2 oktybar 1967-ci ildə Beyrutda, erməni ailəsində anadan olmuşdur. 1986-cı ildə ABŞ-yə mühacirət etməmişdən öncə bir il müddətində Beyrut Amerika Universitetində təhsil almışdır. Los-Anceles Kaliforniya Universitetini bitirmiş, 1990-cı ildə sitologiya və inkişaf biologiyası sahəsində bakalavr dərəcəsinə 1996-cı ildə isə Kaliforniya Texnologiya İnstitutunda fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür. Aspirant olarkən Paputyan San-Fransisko Kaliforniya Universitetində birlikdə çalışmışdır. 2000-ci ildə o dosent olmuşdur. 2000-2014-cü illərdə əlavə olaraq Novartis tədqiqat fondunda da işləmişdir. Paputyan 2014-cü ildən Hovard Hyuz Tibb İnstitutunda tədqiqatçı olaraq çalışır.

Paputyan siqnalın ötürülməsini öyrənir. O, hərarətin, mexaniki enerjinin təsiri və ya hüceyrənin həcminin böyüməsi ilə aktivləşən yeni ion kanallarının və reseptorların identifikasiyası sahəsinə əhəmiyyətli töhfələr vermişdir. Paputyan və kolleqaları sübut etmişlər ki, bu ion kanalları hərarətin, toxunmanın hiss olunmasında, propriosepsiyada, ağrının duyulmasında və damar tonuslarının requlyasiyasında möhtəşəm rol oynayır. Onun daha sonrakı elmi işlərində mexaniki hissiyatlı ion kanallarının (mexanotransduksiya) identifikasiyası və xarakteristikası üçün funksional genomika metodları istifadə olunmuşdir.

Təltifləri və mükafatları "Google Scholar"a görə Paputyanın Hirş indeksi 68, "Scopus" a görə isə 63-dür (2020-ci ilin mayına olan məlumat). O, 2016-cı ildən Elmin İnkişafına Yardım Amerika Assosiasiyasının, 2017-ci ildən ABŞ Milli Elmlər Akademiyasının,2020-ci ildən Amerika Sənət və Elm Akademiyasının üzvüdür. Paputyan 2017-ci ildə , 2019-cu ildə Rozenstil mükafatına, 2020-ci ildə neyrobiologiya sahəsində Kavli mükafatına və biotibb sahəsində BBVA Foundation Frontiers of Knowledge Award mükafatına layiq görülmüşdür.

2021-ci ildə Paputyan Devid Culius ilə birlikdə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı olmuşdur.

İstinadlar

Xarici keçidlər Ardem Patapoutian, PhD на сайте Scripps Research (scripps.edu) The Patapoutian Lab (patapoutianlab.org) Curriculum Vitae (PDF; 109 kB; Stand November 2019) Ardem Patapoutian, PhD на сайте Howard Hughes Medical Institute (hhmi.org) Ardem Patapoutian в Academic Tree (neurotree.org)

Həmçinin bax

Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Erməniəsilli livanlılar